Smart TV nə üçün lazımdır və onun imkanları nədir? Adından artıq anlamaq olar ki, smart TV = “ağıllı” TV deməkdir.
Ağıllı televizor internetə qoşulmaq üçün quraşdırılmış xüsusi sistem ilə təchiz olunmuşdur. Bu texnologiya sayəsində tamaşaçılar bir çox maraqlı məlumatları əldə edir. Televizor ekranı təkcə telekanallara baxmaq üçün deyil, həmçinin video oyunlar, tətbiqlər, internetdə axtarışlar və digər məqsədlər üçün monitor olaraq xidmət edir. Bir sözlə, televizor nəhəng bir smartfon və ya kompüterə çevrilir.
Smart TV əldə etməyin əsas mənası onun xüsusi funksiyalarıdır ki, bunlar arasında televiziya nəzarətini də qeyd etmək olar.
Smart televizorlar modeldən asılı olaraq müxtəlif idarəetmə növlərinə malik olur. Səs, hərəkət və hətta üz tanınma funksiyalı modellər də istehsal olunur. Smartfonlar və tətbiqlərin köməkliyi ilə televizorları idarə etmək və onlarla işləmək mümkün oldu.
Qeyd olunmalı ilk məqam – video materialın seyr edilməsidir. Smart funksiyalı televizora cihazı qoşmaq və onun vasitəsilə dərhal böyük ekranda görüntüləri seyr etmək olar. LG əməliyyat sistemli televizorlarda kabelə ehtiyac yoxdur, sadəcə Wi-Fi vasitəsilə qoşulub smartfonda saxlanan məlumatlar televizor ekranında açılır və həzz alaraq seyr edilir.
Kontent baxışlarından əlavə, həmçinin proqramların yazılması də mümkündür. Smart TV istənilən televiziya verilişinin yazısını həyata keçirir. Bu funksiya sevimli proqram və ya filmin vaxtını qaçırdıqda çox kömək edir. Yazı etdikdə, onu istənilən rahat zaman seyr etməyə imkan var.
Ağıllı televizorların daha bir faydalı funksiyası – internetə qoşulma imkanıdır. Funksiyadan istifadə etmək üçün istənilən İnternet provayderindən və ya Wi-Fi-dan istifadə edərək şəbəkəyə qoşulmaq lazımdır.
Böyük ekranda sevimli oyunları zövqlə oynamaq olar. Bunun üçün Smart TV oyunlar və tətbiqlər seçimini təklif edir. Oyun sevənlər yüksək səviyyəli qrafika, keyfiyyətli səs və bütün bunlardan istifadə üçün böyük ekran əldə edirlər.
Bəzi brendlər oyunlara artan tələbatdan istifadə edərək, quraşdırılmış oyunları olan modellər istehsal edirlər. Məsələn, LG brendi kimi. Bu funksiyadan istifadə etmək üçün internetə qoşulmaq və oyunlar olan menyunu açmaq lazımdır.
Ağıllı televizorlar həyatımızı çox asanlaşdırmışdır, bir çox məsələləri onlayn şəkildə həll etməyə imkan verir: televizor ekranına və əksinə TV-dən smartfona faylların və digər məlumatların ötürülməsini həyata keçirir. Yaddaş kartları, smartfon, flash kartlar, kompüter, daşıyıcılar və digər cihazları qoşmaq üçün girişlər mövcuddur.
Müasir TV idarəetmə pultlarında cəmi bir neçə düymə quraşdırılır. İdarəetmə kursoru ekran üzərində hərəkət etdirən touchpad və/və ya giroskop vasitəsilə həyata keçirilir. Smart TV pultunda sürüşmə təkərciyi də ola bilər. Bu funksiyalardan əlavə olaraq səs əmrlərindən də istifadə etmək mümkündür: “kanalı aç”, “ekranda göstər”, “səsi artır”, “smart-oyun”.
Smart TV-lərdə parol təyin etmək və beləliklə uşaqlar tərəfindən izlənilməni nəzarətdə saxlamaq olar.
Bloklama bir neçə üsul ilə həyata keçirilir. Məsələn, yaş həddi ilə. Müəyyən məzmun yalnız PİN kodu daxil etdikdən sonra əlçatan olacaq. Həmçinin müxtəlif telekanallara da məhdudiyyət təyin etmək olar. Yani parol olmadan kanal məzmunu əks etdirməyəcək. Və ya müxtəlif tətbiqlər, brauzerlər, sosial şəbəkələri məhdudlaşdırmaq mümkündür.
Samsung, Toshiba, Philips, LG, və digər müxtəlif brendlərdən olan ağıllı televizorlar müxtəlif sistemlərlə təchiz oluna bilər. Lakin smartfondan istifadə etdikdə, smart TV ilə işləmək heç bir çətinlik yaratmayacaq. Bütün modellərin ümumi nöqtələri, funksiyaları var.
Samsung brendinə məxsus Tizen sistemi asan idarə olunur və parametrlərin çevikliyi ilə fərqlənir. Android TV geniş diapazonlu alətlər və tətbiqlər ilə təmin edir.
LG brendinə məxsus WebOS sistemi yaxşı interfeys və faydalı Smart Share funksiyası ilə təchiz edilmişdir, həmin funksiya istənilən daşıyıcılardan filmlər, fotoşəkillər və digər məlumatları ekrana çıxarır.
Smart TV lazımdır? O halda Maxi.az internet mağazasına xoş gəlmişsiniz! İstədiyiniz modeli seçin və ən münasib qiymətə əldə edin. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Ağıllı televizorları həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.