Avto kosmetika Azərbaycanda, Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Avto kosmetika Bu kateqoriyada hal hazırda 0 məhsul var

Avtokosmetika nəinki avtomobili təmiz və səliqəli (həm daxili, həm də xaricində) saxlamaq imkanı verir, həmçinin avtomobil boyasınının bütövlüyünü saxlayır, onu çatlardan, aşınmadan, nəmin mənfi təsirlərindən, UV şüalarından qoruyur. Xırda cızıqlar, çirk, sınıqlar – bütün bunlar hətta ən yeni və müasir avtomobilin gözəlliyini itirir, buna görə də avtomobil üçün kosmetik vasitələrdən müntəzəm istifadə etmək lazımdır.

Maxi.az – da avtokosmetika: qulluq üçün hər şey.

Maxi.az onlayn mağazasında müxtəlif təyinatlı avtomobil kosmetik vasitələri təqdim edilir. Burada əldə edə bilərsiniz:
  • Panel təmizliyiciləri – bu vasitələr salonun plastik detallarını təmizləmək üçündür: torpeda, tablo, sükan, sürət qutusu, qapı qulpları. Bu vasitələr güclü təsirlidir, amma aqressiv deyil, səthlərə zərər verməzlər.
  • Salon təmizləyiciləri – salon döşəməsindən ləkə, çirk və tozu ehmalca aradan qaldırar, xoşagəlməz qoxuları ləğv edər, avtomobil salonunu təravətli və baxımlı saxlayar.
  • Cilalayıcılar, cilalama salfetləri – onların köməkliyi ilə avtomobil korpusuna zərif parıltı verə, xırda nahamarlıqları aradan qaldıra, səthi nəmdən qoruya biləcəksiniz.
  • Farlar üçün təmizləyicilər – axşam və gecə vaxtı parlaq işıq, linzaların zədələnmədən sonra bərpa edilməsini təmin edər.
  • Ön şüşə bərpa dəstləri - şüşədə çatlar, sınıqlar olduqda, kompakt dəst qüsurları tez, asanlıqla və səmərəli şəkildə aradan qaldırmağa imkan verəcək.
  • Təkərlər üçün təmizləyici vasitələr – avtomobil “ayaqqabılarının” da çirkdən təmizlənməyə ehtiyacı var, və peşəkar avtokimyəvi vasitələr bu problemi aradan qaldırar.
  • Təkər qaraldıcıları - nəmə davamlı, toz və çirkdən qoruyan funksiyanı təmin edir, rezini çatlamadan qoruyur.
Həmçinin kataloqda salon və şüşələrin ekspress-təmizlənməsi üçün də vasitələr mövcuddur.

Maxi.az-da avtokosmetikanı necə əldə etmək olar?

Keyfiyyətli avtokosmektika lazım olduqda, Maxi.az internet-mağazasında istədiyiniz məhsulu seçə bilərsiniz. Mağaza kataloqunda ən münasib qiymətlərə müxtəlif təyinatlı peşəkar kosmetik vasitələri əldə edin. Seçim zamanı məsləhətə ehtiyac olduqda isə satış məsləhətçimiz avtomobilinizə uyğun kosmetik vasitələrin düzgün seçimində qərar verməyinizə köməklik göstərər və sifarişin ödənilməsi və çatdırılması üçün ən yaxşı variantı təklif edəcək. Maxi.az –da kredit və taksit ilə ödəniş mümkündür, şərtləri barədə daha ətraflı mütəxəssislərimizdən öyrənə bilərsiniz. Avtomobilinizə ən yaxşı avtomobil kimyası ilə qulluq edin ki, o uzun illər gözəl görünüşünü qorusun və davamlı işləsin.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml