Kofe maşını və qəhvə dəmləyiciləri satışı • Kofe aparati qiymətlər MAXI.AZ

Qəhvə hazırlanması Bu kateqoriyada hal hazırda 32 məhsul var

Müasir ağıllı cihazlar (qəhvəüyüdəni, qəhvə dəmləyicilər və qəhvə maşınları) yalnız qəhvə hazırlanmasını asanlaşdırmır, həm də səhərlər qiymətli olan vaxta əhəmiyyətli dərəcədə qənaət edirlər. İçkini maksimim sizin zövqə uyğun hazırlamaq üçün, qəhvə dəmləyicini almamışdan öncə qəhvə bişirən avadanlıqların əsas funksiyalarını aydınlaşdırmaq lazımdır. Mətbəx və ev üçün bütün növ məişət texnikasını təqdim edən, bizim maxi.az internet mağaza optimal variantın seçimində Sizə kömək edəcək.

Qəhvə dəmləyicilər və qəhvə maşınları

Aparıcı istehsalçıların fikrincə, qəhvə dəmləyici və qəhvə maşını eyni deyil. qəhvə dəmləyəndə qəhvə hazırlanma prosesində insanın müəyyən iştirakı tələb olunur, halbuki qəhvə maşınınında bütün proseslər tam avtomatlaşdırılıb (hətta bir çox qəhvə maşınlarında qəhvəüyüdənlər quraşdırılıb). Bu zaman əksər qəhvə dəmləyicilər və qəhvə maşınları eyni tiplərə üzrə bölünür:
  • damcılı;
  • buynuzlu;
  • kapsul.
Damcılı qəhvə dəmləyici və qəhvə maşınlarında qaynamış su tərəfindən qəhvə bölməsinə düşür və damcı şəklində qaba axır. Bu növ qəhvə hazırlayanlar istənilən növ üyüdülmüş qəhvə ilə işləyir və bu böyük ailələrdə və ofislərdə istifadə üçün əlverişlidir. Buyunuzlu qəhvə dəmləyici texnikası iki variantda buraxılır:
  • buxarlı, hansında ki buxar təzyiq altında qəhvədən keçirilir;
  • nasoslu, hansında ki su nasos vasitəsi ilə qəhvə рожокndan keçir.
Buynuzlu qəhvə dəmləyicilərin bir çox modeli südü kəf şəklinə qədər çalan kapuçinatorla təchiz edilmişdir. Belə cihazlar kapuçino və espresso hazırlamaq üçün çox uyğundur. Buynuzlu aparatlarını yumaq çox rahatdır, onların istifadə müddəti isə çox uzundur (bu hazırlanan məhsulun keyfiyyətinə təsir etmir). Bu günə kapsullu əsasən qəhvə maşınları olur, çünki onlar qəhvənin sürətli hazırlanması üçün maksimum dərəcədə avtomatlaşdırılmış qurğulardır. Onlarda, xammal kimi xüsusi kapsullar istifadə olunur. Kapsullar iynə vasitəsilə avtomatik deşilir və onun vasitəsi ilə də qəhvəyə su düşür. Kapsullar qəhvə və əlavələrin (süd, ədviyyat)növ variantlarının böyük müxtəlifliyində buraxılır. Əksər hallarda kapsullu qəhvə maşını onun istifadəni daha da asanlaşdıran özünü təmizləmə sistemi ilə təchiz olunub. Qəhvə dəmləyici və ya qəhvə maşının seçimində mühüm parametrlərindən biri güc sayılır. Zəif aqreqatlar ləng işləyirlər, lakin bununla yanaşı qəhvə dənələrində olan bütün dadı və iyini alırlar. Güclü qəhvə dəmləyici aparatlar zənginliyi daha az olan içki hazırlayırlar, lakin eyni zamanda vaxta xeyli qənaət edirlər.

Geyzer qəhvə dəmləyiciləri

Qəhvə dəmləyicilərin arasında da qəhvə maşınlarında olmayan növ müxtılifliyi mövcuddur. Belə qəhvə dəmləyicilər iki – yuxarı və aşağı qabdan ibarət olur, lakin geyzer prinsipi ilə işləyir: qaynamış sudan çıxan buxar üyüdülmüş qəhvə qatın arasından keçir və yuxarı qabda içki şəklində kondensasiya olunur. Geyzer qəhvə dəmləyicisi plitənin konforunda qızır və bir dəfəyə çox miqdarda yalnız qəhvə deyil, həm də çay və ya ot cövhəri (xammalın yüklənməsindən asıllı olaraq) hazırlamaq gücündədir.

Qəhvəüyüdən

Əgər sizin qəhvə dəmləyici aparatında quraşdırılmış qəhvəüyüdən yoxdursa, o halda onu almaq lazımdır. Qəhvəüyüdənin seçimində qəhvə qurmanları adətən bu cür xüsusiyyətlərə əsaslanırlar:
  • üyütmə prinsipi - bıçaq (rotorlu) və ya dəyirman daşı (dəyirman);
  • dənələr üçün konteyner həcmi (konteyner nə qədər böyük olsa, aparatın gücü də o qədər yüksək olmalıdır).
Qəhvəüyüdənin son seçimi üyütmənin istənilən dərəcədəsi, qəhvə dənələrin növləri və qəhvənin sonrakı hazırlanma üsulundan asılıdır.

Qəhvə dəmləyici texnikanı Azərbaycan üzrə çatdırılma ilə harada almaq olar?

Bizim maxi.az internet-mağazada DeLonghi, Cremesso, Philips, Braun, Polaris və bir çox digər ən tanınmış brendlərinin qəhvə dəmləyiciləri, qəhvə maşınları və qəhvəüyüdənləri təqdim olunub. Bütün cihazlar istehsalçılarının rəsmi zəmanəti ilə tamamlanır. Texnikanın qiyməti brend, güc və modelin funksiya yığımından asılı olaraq dəyişir, və bu hər bir büdcəyə uyğun variant seçməyə imkan verir. Saytımızda olan hər məişət texnikasının vahidini kreditlə almaq olar. Siz sifariş edilən malları Bakıda mağazadan müstəqil şəkildə ala bilərsiniz. Bundan başqa, Bakı və Sumqayıt üzrə kuryerlə çatdırılma işləyir, həmçinin alış-verişi Azərbaycanın istənilən nöqtəsində Azərpoçt şöbəsindən da almaq olar.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml