Hər gün zənginizi  
gözləyirik 
9:00 - 21:00
Hər gün zənginizi gözləyirik
Müqayisә
Müqayisә etmәk üçün mәhsul yoxdur

Müqayisә üçün mәhsul әlavə edin,
vә Sizә lazim olan mәhsulu seçin

0
Sәbәtim

Motor yağları

Motor yağı
  • Brend PEMCO
  • Qatılıq sinfi SAE 20W-50
Motor yağı
  • Brend Fanfaro
  • Həcm, l 1
  • Qatılıq sinfi SAE 10W-40
  • API sinfi SL, CH-4
  • Təniyatı minik avtomobillər
Keyfiyyətli və düzgün seçilmiş motor yağı – avtomühərrikin uzun müddətli və fasiləsiz davamlılığının zəmanətidir. Detalların sürtülmə, korroziya və aşınmasının və həmçinin zərərli çöküntülərinin qarşısını alır.

Motor yağlarının növləri



Avtomobilə avtoyağ seçmək üçün ilk növbədə onun növünü təyin etmək lazımdır. Əsas tərkibləri üzrə bu cür yağ növləri qeyd edilir:

1. Minerallı yağlar. Bu yağın əsasında – qudron, kükürd və parafin tərkibli karbondan təmizlənmiş təbii neft vardır. Təmizlənmiş məhsula şaxta və korroziyalara davamlı qatqılar əlavə edilir. Üstünlükləri – minerallı motor yağları sintetikadan daha az aqressivdir, və bu səbəbdən işlənmiş detallarda istifadə edilə bilər. Mənfi cəhətləri isə - zəif axıcılığı, tez tez dəyişdirmə zəruriliyi, detallarda çox miqdarda çöküntülər.
2. Sintetik yağlar. Sintetik yağlar müasir, yeni mühərriklərə daha uyğun bir məhsuldur. Aşağı temperatur şəraitində özünü “yaxşı aparır”, tərkib sabitliyi və vahidliyi ilə xarakterizə olunur, yüksək dərəcəli istilik zamanı qoruyucu xüsusiyyətlərini saxlayır. Mənfi cəhətləri – aqressivliyi səbəbindən elastikliyini itirmiş rezin detallarda istifadə etmək olmaz. Həmçinin sintetik yağı fırlanan pistonlu mühərriklər üçün istifadə etmək tövsiyyə edilmir – onların istifadə müddətini qısaldır.
3. Yarım-sintetik yağlar. Təbii mineral əsasında, yalnız mühüm miqdarda süni əlavələr edilmiş bir “güzəşt” məhsuludur. Həm mineral, həm də süni yağların müsbət cəhətlərindən istifadə etmək imkanını verir. Ən universal tipli avtoyağ növüdür, amma büdcəli məhsullara aid deyil.

Qeyd edək ki, SAE (temperatur rejimi və qatılıq dərəcəsi) və APİ (tövsiyə olunan mühərrik növünü və istifadə şərtlərini göstərir) göstəricilərinə diqqət yetirmək vacibdir. Bütün bu göstəricilər məhsulların qablaşdırmalarında qeyd edilmişdir – seçim zamanı diqqət yetirmək tövsiyyə edilir.

Motor yağları üzərində işarələrin mənaları



Xammal növü üzrə təsnifatdan başqa, avtomobil mühhərriki üçün yağlar bəzi əsas göstəricilərlə fərqlənir. Bu göstəricilərin arasında - yuxarıda qeyd edildiyi kimi, SAE və APİ, və həmçinin ACEA standartlarıdır.

1. SAE temperaturların “mövsümlüyünü” təyin edir, yani istifadəsinin effektivliyi olacağı temperatur aralığını göstərir. W göstəricili indeks minimal iş temperaturu, W olmadan isə - ən yüksək temperaturu göstərir (rəqəmlər dərəcə göstəricisi deyil, sadəcə indeksdir). Ümumifəsilli yağlarda bu göstəricilər tire ilə qeyd edilir. Belə ki, SAE 15 W-30 olan məhsul t° -20°-dən +30°-dək “işləyir”, SAE 5W-40 ilə -30°С-dan +40°С qədər, və s. Müəyyən t° aralığı qatılığı tənzimləyən müxtəlif əlavələrin qatqısı ilə əldə edilir.
2. 2. APİ əsasına uyğun olaraq 2 növə bölünür – C (yük maşınları və xüsusi nəqliyyat növlərində istifadə olunan dizeldə) və S (sərnişin daşıyan və benzin işlədən adı avtomobil növlərində istifadə edilir). Hər növün alt növləri mövcuddur: 2 və 4 rəqəmləri iki və dörd taktlı mühərriklər üzrə uyğunluğu göstərir. Ikinci hərf – avtomobillər nəslini (tədricən) göstərir. Belə, CA-CF və SA- SF artıq köhnəlmiş hesab edilir, CF-2 və CF-4 1994-cü, CI-4 isə 2004 ildən etibarən istehsal edilmiş avtomobillər üçün yararlıdır. S klass üçün isə ən yeni göstərici – SM (2004-cü il və daha yeni istehsal).
3. 3. ACEA. Hərf yağın hansı avtomobil üçün nəzərdə tutulduğunu təyin edir, rəqəm - özlülük dərəcəsidir (1 -dən 5 -ə qədər). Bu indeks həmçinin sulfat küllülüyü kimi adlandırılır – yani metal əsaslı qatqıların mövcudluğu. Nə qədər aşağı dərəcədə olsa – mühərrikə o qədər “qayğılı” təsir göstərir. A/B qeydləri minik avtomobilləri və kiçik avtobuslar, C – minik avtomobillər və trafik tüstüləri filtrli avtobuslar, D – ağır xüsusi tipli nəqliyyat və iri yük maşınları üçün nəzərdə tutulmuşdur.

Mühərrik yağınının düzgün növünü necə seçmək olar



Mühərrik üçün müəyyən yağ növünü seçərkən bu məqamlara nəzər yetirmək vacibdir:

  • avtomobilin istifadə olunmasının temperatur rejimi;
  • nəqliyyat növünün istehsal ili (əsas məqam – 2004-cü ildən əvvəl və ya sonra istehsal edilmişdir);
  • nəqliyyat növləri — minik avtomobili, mikroavtobus, yük maşını, xüsusi nəqliyyat;
  • yanacaq növü, trafik tüstüsü filtrasiya sisteminin mövcudluğu.


Bu məlumatları yağlar üzərindəki işarələrlə müqayisə edərək, nəqliyyatınıza uyğun yüksək keyfiyyətli yağ növünü seçə biləcəksiniz. Maxi.az kataloqunda ən qabaqcıl TM-dan olan motor yağlarını ən münasib qiymətə əldə etmək imkanı var. Əgər hansı növ mühərrik yağını alacağınızla bağlı hər hansı bir sualınız varsa, o halda onlayn mağaza məsləhətçimiz mütləq sizə köməklik göstərər və həmçinin çatdırılma və ödəniş üçün ən rahat və əlverişli şərtləri təqdim edəcəkdir. Kredit və taksit ödəniş şərtləri bir çox məhsullara şamil edilir - həmin şərtlərlə də mütəxəssisimiz sizə köməklik göstərəcəkdir.

Avtomobilə qulluq hələ heç vaxt belə sadə və keyfiyyətli olmamışdır. Maxi.az onlayn mağazasında uğurlu alış-veriş arzu edirik!
Bonus Plus
Alış verişdәn qәnaәt et
vә bonusları topla
Sürətli çatdırılma
2 gün әrzindә bütün ölkәyә
çatdırılma edirik
Zәmanәtlәr
İstehsalçıdan rәsmi
zәmanәt
Malın mövcudluq zәmanәti
Saytda olan bütün mәhsullar
bizdә mövcuddur
Yuxarı