Skanerlər: MAXI.AZ internet mağazasından almaq

Skanerlər Bu kateqoriyada hal hazırda 12 məhsul var

Skanerlər və printerlər

Printerlər və skanerlər artıq uzun illərdir ki, həyatımızın daimi hissəsi olmuşdur. Ofisdə və ya evdə sənədləri və ya fotoşəkilləri kopyalamağa, skan etməyə hər zaman ehtiyac var. Bu cihazları necı düzgün seçmək olar? Çap və skan üçün ayrı cihazlar almağa dəyərmi?

Əlbəttə, özündə bir neçə orqtexnika funksiyalarını birləşdirən ÇFC (çoxfunksiyalı cihaz) əldə etmək daha rahat və sərfəli olar. Bu növ aparatlarda istənilən sənədləri skan, çap və kopiya etmək olar. Lakin bir çox hallar olur ki, skaner və ya printer cihazlarını ayrıca almaq daha məqsədə uygundur.

Skaner növləri barədə daha ətraflı

Planşet skanerlər

Planşet skanerlərində sənəd şəffaf planşet üzərinə yerləşdirilir, daha sonra xüsusi arabacıq sənəd üzərindən keçərək məlumatları oxuyur. Bu növ cihazlar böyük sənədlərin skan edilməsi üçün uyğun deyil.

Plyonkalı skanerlər

Plyonkalı skaner cihazları şəffaf sənədlər (məsələn, slaydlar) ilə işləmək üçün uyğundur. Bu növ aparatlar əksər hallarda foto studiyalar üçün əldə edilir, və ofislərdə çox nadir olur. 

Baraban skanerlər

Barabanlı cihazlarda skan nəticələrinin yüksək keyfiyyətini qeyd etmək olar. Buna görə də aparatlar yüksək qiymətə malikdir. Adətən bu növ modellər böyük idarələr və ya şirkətlər üçün əldə edilir.

Sürətli skanerlər

Bu növ skanerlər ofislərdə istifadə edilir, sənədlər avtomatik şəkildə skan edilir. Vərəqlər ayrıca skan edildikdə proses daha yüksək sürətlə həyata keçirilir.

Əl skanerləri

Yığcam ölçüdə əl skanerləri də mövcuddur. Burada çox yüksək keyfiyyət olmur, lakin proses sürətlə gedir və cihaz rahat şəkildə daşınılır. Sənədləri yol şəraitində təcili skan etmək lazım olduqda bu funksiya çox rahatdır.

Skan cihazlarını aldıqda aşağıdakı göstəricilərə nəzər yetirmək tövsiyə olunur:

  1. Görüntü imkanları. Təbii ki, görüntü imkanları nə qədər yüksək olarsa, əldə edilmiş skan o qədər keyfiyyətli olar;
  2. Rəngli görüntülər skan edildikdə rəng dərinliyi nəzərə alınmalıdır;
  3. Optik səthlərin diapazonu – rənglərin bərabər şəkildə paylanılması üçün vacibdir;
  4. Skan edilən sənədlərin ölçüləri, məsələn, А4, А3 və digər formatlar.

Printerlər və onların növləri

Printerlər bu növlərə bölünür: lazer, işıqdiod (LED printer), jet printeri, sublimasiya və matris printerləri.

Lazer printeri

Lazer printerinin iş prinsipi kseroqrafik çap üzərində qurulur, lakin burada, kserokopiyadan fərqli olaraq, printerin işığa həssas elementlərini lazer şüası ilə skan etməklə görüntülər çap edilir. Lazer cihazlarında nəm və rəng itkisinə davamlı olan yüksək keyfiyyətli çap əldə edilir.

Lazer printerlərinin üstünlükləri

  1. Sürətli çap
  2. Yüksək çap imkanı
  3. Münasib qiymət
  4. Enerji effektivliyi.  

Jet printer

Bu növ cihazlar (LED printer) lazer printerlərinə bir qədər bənzəyir, lakin mühüm fərqləri də var. Əsas fərq – fotosilindrin işıqlandırmasıdır, burada LED işıqlar silindirn bütün uzunluğu boyunca bərabər şəkildə yerləşir, işıqların sayı 10000 və daha artıq ola bilər.    

İşıqdiod (LED) printerlərinin üstünlükləri

  1. Sistemin yığcam ölçüləri sayəsində cihazlar daha kiçik ola bilər.
  2. Qurğuda hərəkətli hissələr yoxdur.
  3. LED işıqlar fotosilindr uzunluğu boyunca bərabər şəkildə yerləşir. 

Jet printer

Jet printerlərində çap prosesi nöqtə üsulu ilə həyata keçirilir. Xüsusi matris maye boyalar ilə rəngli çap prosesində iştirak edir. Bu printerlərdə 2 növ boya ötürülməsi olur – fasiləsiz və ya tələb olunanda. Birinci halda boyalar fasiləsiz şəkildə cihaza ötürülür, ikinci halda isə mürəkkəb yalnız tələb olunduğu anda kağız üzərinə ötürülür.  

Jet printerlərin üstünlükləri

  1. Cihaz və ona aid istifadə materiallarının optimal qiymətləri.
  2. Yarımtonların cihazdan çapa düzgün ötürülməsi.
  3. Asan və rahat şəkildə xidməti və istifadəsi.
  4. Sürətli çap.

Sublimasiya printerləri

Sublimasiya printerləri ilə çap prosesi qalın səthlər üzərində həyata keçirilir. Məsələn, CD, DVD disklər və ya plastik kartlar üzərində.  

Sublimasiya printerlərinin üstünlükləri

  1. Yüksək keyfiyyətli çap.
  2. Davamlı çap.
  3. Çap zamanı çoxsaylı rənglərdən istifadə.

Matris printerləri

Matris printeri zərbə üsulu ilə işləyir. Çap edən başlıq üzərindəki iynələr ilə kağız səthinə zərbələr vurur, və beləliklə nöqtəli çap əmələ gəlir. Əksər hallarda 9 və 24 iynəli matris printerlərindən istifadə olunur. Modellərin çoxusunda kağızın əl ilə yüklənməsi tələb edliir.

Matris printerlərinin üstünlükləri

  1. Münasib qiymət.
  2. Münasib qiymətə istifadə materialları.  

Skaner və printerləri Azərbaycanda harada sərfəli qiymətə əldə etmək olar?

Maxi.az-da alış – hər zaman yüksək keyfiyyət, geniş çeşidlər və optimal qiymətlər deməkdir!

İstədiyiniz skaner və ya printer cihazını Maxi.az internet mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml