Outlet qəhvə dəmləyənlər: ucuzlaşdırılmış mətbəx malların satışı | Maxi.az

Qəhvə hazırlanması Bu kateqoriyada hal hazırda 0 məhsul var

Əgər yaxşı qəhvədəmləyən maşınınız vardırsa, dadlı qəhvəni ev şəraitində də hazırlamaq mümkündür. Bu ruhlandırıcı içki həvəskarları onun hazırlanmasının bir çox üsulunu ixtira etmişlər və hər kəs öz zövqünə uyğun olanı seçir. Qəhvəni turkada odun və ya qum üzərində və yaxud kapsullu və ya geyzer qəhvədəmləyəndə hazırlamaq olar. Əgər boş vaxtınız yoxdursa və qəhvənin hazırlanmasının minimum vaxt aparmağını istəyirsinizsə, elektrik modellərə diqqət yetirməyə dəyər. Bu cür texnikanı sərfəli qiymətə bizim Outlet Maxi mağazamızda əldə etmək olar.

Ev üçün hansı qəhvədəmləyənlər vardır?

Hansı içkini içməyi və hansı dənlər istifadə etməyi üstünlük verməyinizdən asılı olaraq, müxtəlif cihaz və qəhvədəmləyənlər seçmək olar:
  • geyzer;
  • espresso qəhvədəmləyən;
  • kapsullu;
  • damcılı;
  • elektrik turka.
Bütün bu maşınlar evdə istifadə üçün uyğundur, asandır və uyğun qiymətləri ilə seçilirlər. Elektrik turka - zahirən adi turkadan fərqlənməyən müasir yeniliklərdən biridir. O kolba, qızdırıcı elementdən, altlıq və şnurdan ibarətdir. Bu yığcam cihaz vasitəsilə qəhvəni qəhfə maşında kimi bir-neçə dəqiqə ərzində hazırlamaq olar. Sürətdən əlavə, elektrik turka yüngüllük və uzun müddətli istismarı ilə, eləcə də təhlükəsizliyi və universallığı ilə fərqlənir. Qızdırıcı elementin mövcudluğu və elektrik çaydanla oxşarlığı nəticəsində onu həmçinin suyu isitmək üçün istifadə etmək olar.

Qəhvədəmləyəni düzgün olaraq necə seçməli?

Hər hansı bir cihazın funksionallığı onun gücündən asılıdır. Qəhvədəmləyən seçərkən unutmayın ki, maşının gücü nə qədər az olarsa, içkinin dadı bir o qədər dolğun olar. Əgər siz zərif ətir və yüngül acılığa üstünlük verirsinizsə, o zaman yüksək gücə malik olan modellər uyğun gələcək Cihazın həcmi böyük əhəmiyyət kəsb edir. Optimal variant - yarım litrə qədər olan cihazdır, əks halda içki öz təmli keyfiyyətlərini itirə bilər. Daha tutumlu texnikadan əsasən böyük kollektivlərdə istifadə edirlər. Elektrik cihazlarda avtomatik sönmə funksiyası hər zaman münasibdir. Bu içkinin qaynamasının baş verməməsi və özünü gözlənilməz vəziyyətlərdən qorumağa icazə verir. Bizim Outlet mağazada Azərbaycan üzrə çatdırılma ilə sifariş edə biləcəyiniz ucuzlaşdırılmış mallardan yararlana bilərsiniz. Endirimli məişət texnikası alarkən, pulunuza qənaət edərək, öz gündəlik həyatınızı yüngülləşdirirsiniz.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml