Bişirmək üçün forma: Bakıda kreditlə satışı - MAXI.AZ

Bişirmək üçün formalar Bu kateqoriyada hal hazırda 0 məhsul var

Evdar qadınlar arasında bişirmə üçün müxtəlif formalar hər zaman populyar olub. Əgər o vaxtlar materialların seçimi onlar üçün məhdud olsada, indi satışda geniş çeşidlər təqdim olunmuşdur.

Bişirmə üçün formalar necə olur?

Ölçü baxımından bir porsiya üçün nəzərdə tutulan porsiyalı məmulatları seçmək olar. Bir-neçə nəfər üçün xörək hazırlamaq üçün isə iri ölçülü formalar vardır. Adətən aşağıda qeyd olunan materiallardan istifadə olunur:
  • silikon;
  • keramika;
  • şüşə;
  • metal.
Silikon formaları çox rahatdır — xəmir bu formalarda yanmır, hazır məmulatlar asan çıxarılır, onları yağlamağa ehtiyac yoxdur. Onlar ekoloji təmizdir, gözəl zahiri görünüş və ən müxtəlif formalara malikdir, sadələrdən tutmuş olduqca qəliz formalara qədər. Lakin bu formalarda 240 C-dən artıq olan temperaturda bişirmək olmaz və ağır xəmirdən istifadə etmək arzuedilməzdir. Hazır olan bişməni formanın içərisində doğramaq olmaz - ən kiçik kəsik onu yararsız hala salır. Keramik formaların rahatlığı ondadır ki, məmulatı birbaşa həmin formada masaya vermək olar. Onlar çox gözəldir, xəmir bərabər bişir, masaya qoyulan isə uzun müddət istiliyi saxlayır. İstifadə temperaturu istənilən dərəcədə ola bilər. bu formaların çatışmayan cəhəti kimi onların zərifliyi və az ömürlü olmalarını qeyd etmək olar: məsaməli struktur maye və yağı canına çəkərək, çatların əmələ gəlməsinə səbəb olur. İstiyə davamlı olan şüşə məmulatları xüsusiyyət baxımdan keramik formalara bənzəyir. Çatışmayan cəhətləri – zəriflik və temperaturun kəskin dəyişməsinə olan dözülməzlikləri. Bişirmə üçün metal qab çoxdan məlumdur. Lakin əgər əvvəllər onun materialı alümin və dəmirlə məhdudlaşdırılırdısa, indi preslənmiş karbon poladdan tez-tez istifadə edirlər. Teflonla örtülmüş məmulatlar çox rahatdır, bu formaların demək olar ki çatışmayan cəhəti yoxdur, bu formalarda xəmir yanmır.

Bişirmə üçün yaxşı formalar haradan almaq olar?

Maxi.az internet mağaza yüksək keyfiyyətə malik olan, ən yaxşı istehsalçıların məhsullarının geniş çeşidini sərfəli qiymətə təqdim edir. Çatdırılmanı Azərbaycanın istənilən şəhərinə sifariş vermək olar.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml