Soundbarlar Bakıda və Azərbaycanda satışı • MAXI.AZ-da qiymətlər

Soundbarlar Bu kateqoriyada hal hazırda 0 məhsul var

Çox vaxt müasir televizorlar öz təsvir keyfiyyəti ilə sevindirir, lakin bu zaman bir çox modellərin çatışmazlığı səsdir. Bu hal üçün audio texnika istehsalçıları televizorların səs imkanlarını təkmilləşdirən və gücləndirən saundbarları fikirləşib. Belə cihazların böyük üstünlükləri yığcamlıq və dəbli dizaynıdır.

Saundbar düzgün necə seçilməlidir?

Bu akustika sisteminin növü 2 tipdə olur:
  • fəal – birbaşa televizora qoşulur, quraşdırılmış gücləndirici, prosessor və çoxlu sayda parametrləri var;
  • passiv AV-resiver vasitəsi ilə qoşulur.
Bundan başqa, yeni modellərdə bunlar ola bilər:
  • quraşdırılmış optik ötürücü;
  • radiokanalların qəbulu;
  • çıxarılan daşıyıcılardan medifaylların səsləndirməsi.
Həmçinin saundbarları Wi-Fi və Bluetooth vasitəsilə müxtəlif cihazlara qoşmaq olar. Bu çox sayda məftillərdən azad olmağa kömək edir. Öz quruluşuna görə saundbarları bu növlərə bölmək qəbul edilmişdir:
  • quraşdırılmış sabvufer ilə səsli proyektor – səslənməni tarazlaşdırma və aşağı tezliyi olan dinamiklərin titrəyişini ötürülməsi üçün bərk səthi üzərində quraşdırılır;
  • ayrı sabvufer ilə – həcmli səs həvəskarları üçün bu ən optimal variant sayılır;
  • saundbeys televizor üçün altlıq dirəyi kimi istifadə olunan möhkəm korpusa malikdir, çıxarılan dinamiklərlə isə ev kinoteatrı effekti yaradır.
Belə ki, saundbarı almazdan öncə quraşdırılmış dinamiklərin növünü müəyyən etmək lazımdır.

Saundbarda dinamiklər haqqında nəyi bilmək lazımdır?

Dinamiklər insanın eşitdiyi, bütün tezlik diapazonunu canlandıra bilər. Bu cür modelləri geniş formatlı (80-12000 Hz) adlandırırlar. Məhdudiyyəti olan dinamiklər aşağıdakı qruplara bölünür:
  • aşağıtezlikli16-30 Hz;
  • ortatezlikli 200-5000 Hz;
  • yüksəktezlikli 2000-30000 Hz.
Bundan əlavə, dinamiklərin sayı və quruluşu səsin keyfiyyətinə də təsir edir. Səsin gurluğu onun gücündən asılıdır – gücün səviyyəsi nə qədər yüksək olarsa, səs bir o qədər gur olacaq. Bizim internet mağazada məhz sizin tələblərinizə uyğun olan saundbar modelini tapa bilərsiniz. Texnikanın satışı ilə uzun illərdir məşğul olduğumuz üçün, təqdim olunan məhsulların keyfiyyətinə əsaslı diqqət yetiririk. Azərbaycanın istənilən nöqtəsinə çatdırılma həyata keçirilir.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml