Antifriz və tosol Bakıda ucuz qiymətə satışı • MAXI.AZ-da

Antifriz və tosol Bu kateqoriyada hal hazırda 2 məhsul var

Avtomobil antifrizi (donma əleyhinə maye) — iş zamanı mühərrikin donmasına imkan verməyən vasitədir. Həmçinin bu maye mənfi temperaturlarda avtomobil detallarınınn donmasının qarşısını alır, elə bu səbəbdən bu mayelərə antifriz adı verilmişdir. Antifrizin tərkibində korroziyadan qorunma üçün əlavə qatqılar da ola bilər. Tosol — antifrizin ayrıca bir növüdür ki, VAZ maşınları üçün icad edilmişdir, indiki zamanda isə çuqun mühərrikli avtomobillər üçün də tövsiyyə edilir.

Antifriz və tosol növləri

Avtomobil üçün ənənəvi antifrizin tərkibində cəmi iki komponent vardır: etilenqlikol və su. Amma bu tərkib təhlükəlidir, çünki mühərrikin korroziyasına səbəb olan əlavələri var, buna görə də müasir soyudan mayelərin tərkibində müxtəlif qatqılar olur. Tərkibi üzrə növbəti antifrizlər mövcuddur:
  • Qeyri-orqanik (silikatlar) əlavələri olan klassik variant – G11 kimi işarə edilir, bu köhnəlmiş növdür, demək olar ki, istifadə edilmir.
  • Karboksilat növü – tərkibində karbon turşuları duzları var. Uzun müddətli istifadəsi (5 ilə qədər) və yüksək dərəcəli temperaturlara qarşı davamlılığı ilə fərqlənir. İşarəsi – G12, G12+.
  • • Hibridli (lobrid növü) – tərkibində iki cür əlavə (mineral və karbonlu) mövcuddur. Burada əsas element kimi etilenqlikol deyil, daha ekoloji cəhətdən müsbət olan propilenqlikol iştirak edir. Bu variant G13 kimi işarə edilir, daha müasir, güclü təsiri olan və ətraf mühit üçün daha təhlükəsiz sayılır. Tosollar arasında növbədi təsnifat qeyd edilir:
    • əlavə qatqıları olmayan adi növ (A);
    • əlavə qatqıları olan, müasirləşdirilmiş növ (M);
    • seyrəltiləcək konsentrat (K).
    Antifriztosol seçərkən, avtomobil modeli nəzərə alınmalıdır.

    Soyuducu mayeni necə seçməli?

    Yuxarıda qeyd olunduğu kimi, tosol antifrizi yerli markalar üçün daha uyğundur. Müasir mühərrikli avtomobillər üçün G12, G12+ və G13 kimi mayelər daha yaxşı variantdır. Maxi.az internet-mağazasında münasib qiymətə keyfiyyətli antifriz əldə edə bilərsiniz. Kataloqda tanınmış istehsalçıların məhsulları böyük çeşiddə göstərilmişdir. Avtomobiliniz üçün ən uyğun antifrizi seçin, biz isə sizin üçün ən uyğun şəkildə alışınızı çatdıraq. Ehtiyac olduqda mağaza məsləhətçisi seçim və kredit şərtləri ilə tanış edər.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml