Outlet mətbəx tərəziləri: ucuzlaşdırılmış mətbəx malların satışı | Maxi.az

Mətbəx tərəziləri Bu kateqoriyada hal hazırda 0 məhsul var

Mətbəxi onsuz təsəvvür etmək çətin olan məişət texnikasının müasir predmetlərindən biri - tərəzidir. Bu predmet istənilən xörəyin hazırlanmasında məhsulların dəqiq nisbətinə riyaət etməyə kömək edəcək. Tərəzinin köməyi ilə məhsulların dəqiq çəkisini öyrənib, istənilən xörəyin düzgün hazırlanması üçün proporsiyalara riayət etmək mümkün olacaq. Aşpazlıq sınaqları və ənənəvi reseptlər daha müvəffəqiyyətli olacaq. Əgər siz pəhrizə riayət edirsinizsə, sağlam həyat tərzi aparırsınızsa və kalorilərin miqdarını hesablayırsınızsa, bu qurğu əvəzolunmazdır. Məhsulun çəkisini bilərək, artıq yeməyəcəyinizi dəqiq biləcəksiniz. Mətbəx tərəzisini xırda əşyaların çəkilməsi üçün istifadə etmək olar. Azərbaycanda bu cür cihazların satıçı ilə bizim Outlet Maxi mağazamız məşğul olur.

Mətbəx üçün tərəzinin xüsusiyyətləri

Bu gün çoxları mexaniki modellərdən çox, elektrik modellərə üstünlük verirlər, çünki, onlar daha dəqiqdirlər və əlavə funksiyalara malikdirlər. Belə qurğularda 5kq-a qədər yükü çəkmək olar ki, bu da həm gündəlik istifadə, həm də qışa hazırlıq üçün tam kifayət edir.Əlavə funksiyalar arasında əsasən rast gəlinənlər:
  • taymer;
  • saat;
  • yenidən yüklənmə indikatoru;
  • ölçü vahidinin seçimi;
  • akkumulyatorun enerji yığma indikatoru.
Bəzi modellərdə bir beçə məhsulun çəkisinin cəmlənməsi üçün istifadə olunan yaddaş funksiyası vardır. Həmçinin kalorilərin hesablanması və məhsulun tərkibi haqqında məlumat verən proqram olan cihazlar tapmaq olar. Bütün məlumatlar elektron ekranda əks olunur. İstifadənin rahatlığı üçün masa səthinə zərər vurmaması və sürüşməməsi üçün tərəziləri xüsusi rezin ayaqlarla təchiz edirlər. Belə texnikanı endirimlə bizim saytdan əldə etmək olar.

Outlet-də hansı mətbəx tərəzilərini seçməli?

Elektron modellər iki növdə ola bilər: ölçmə üçün yastı platformalı və ya xüsusi fincanlı. Birinci variant məhsulların hazırlandığı qabda, həm də çəkisinin ölçülməsi üçün nəzərdə tutulub. Belə halda, ilk olaraq qabın çəkisini ölçüb, sonra məhsulu oraya əlavə etmək lazımdır. Fincan istənilən inqrediyentlərin ilkin hazırlıq olmadan ona qoyulması üçün nəzərdə tutulmuşdur. Fincanın tutumu litrdən başlamalıdır, bu zaman fincana istənilən maye və hətta qablaşdırılmada olan səpələnən məhsulları da yerləşdirmək olar. Fincanın materialı möhkəm və davamlı olmalıdır. Əgər sizə mətbəxdə etibarlı köməkçi lazımdırsa, rahat düymələrlə təchiz edilmiş və ayrıca mexanizmə malik olan modelləri seçin. Yadda saxlayın ki, plastik yüksək temperaturun təsiri altında deformasiyaya uğraya bilər, lakin metal bu cür sinaqlara davamlıdır. Uyğun olan modeli hər zaman, keyfiyyətli ucuzlaşdırılmış məhsulların təqdim olunduğu bizim Outlet mağazada seçmək olar.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml