Ütüləmə və geyimə qulluq: MAXI.AZ internet mağazasından ütüləmə və geyimə qulluq almaq

Ütüləmə və geyimə qulluq

Əşyalara düzgün qulluq – bu yalnız yuma, səliqəli istifadə və saxlanma deyildir. Geyimin ütülənməsi – əşyaların ömrünü uzatmağı bacaran vacib və məsuliyyətli mərhələdir. Bu cür emal nəticəsində don və ya şalvarlar daha səliqəli görünür, eləcə də uzun müddət daşınır.

Ütüləmə üçün avadanlığın müxtəlifliyi

Ütülənmiş geyim çox kirlənmir, eləcə də təri hopdurmur. Prosesin uğurlu icrası üçün ən azı ütüləmə lövhəsi və keyfiyyətli ütü lazımdır. Müasir ütülər:
  • minimum çəki;
  • istənilən növ parçaların ütülənməsi;
  • müasir xarici görünüş və rəngarəngliyi;
  • müxtəlif əlavə funksiyalarla fərqlənir.
Ütü modelləri müxtəlif növ parçalarla istifadə edilmə üçün temperaturu tənzimləmə imkanı verir. Daha zərif (ipək, akril və ya poliester) parçalardan olan əşyaları ilk olaraq ütüləmək, daha sonra isə pambıq və ya kətan parçalara keçmək tövsiyyə olunur.

Ütüləmə üçün əlavə vasitələr

Nəm parçaların asan ütülənməsi çoxdan sübut olunub. Buna görə xüsusi buxar generatorları mövcuddur. Qaynar buxar parçanı nəinki hamar edir, eləcə də dezinfeksiya edir. Elə cihazlar da vardır ki, ütü istifadə etmədən, əşyanı ütüləmək imkanı verir. Məsələn, əl ilə işləyən buxarlandırıcı köynək və ya şalvara əla görünüş verməyə imkan verir. Buxar vasitəsilə parçanın üz hissəsi ütülnənir:buxar axınını geyim üzərinə yönləndirmək kifayətdir. Hər bir evdar qadının geyimə qulluqda öz sirrləri vardır, lakin ən səliqəli evdar xanım belə ütüsüz, ütüləmə lövhəsi və buxar generatoru olmadan keçinə bilməz. Geyimə qulluq edən müasir cihazlar işdə rahatlığı və uzun ömürlülüyü ilə fərqlənir.

Azərbaycanda ütüləmə üçün məhsulların alınması

Əgər əşyalarınıza qulluq etmək üçün məhsullar almaq istəyirsinizsə, sərfəli qiymətə yalnız bizim internet mağazadan əldə edə bilərsiniz. Bütün dünyada şöhrət qazanan tanınmış brendlərin məhsullarını təqdim edirik. Bakı şəhəri və Azərbaycanın digər şəhərlərinin sakinləri müasir ütüləmə lövhələrini, ütüləri və digər məhsulları bizim saytdan sərfəli qiymətə əldə edə bilərlər. Müasir cihaz geyimə qulluq prosesini sürətli və xoş edə bilər.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml