Akumulyatorlu drellər (Şurup bağlayan) Bakıda satışı • MAXI.AZ-da

Akumulyatorlu drellər (Şurup bağlayan) Bu kateqoriyada hal hazırda 23 məhsul var

Bir neçə bolt və ya vintləri burub çıxarma üçün vintburan kifayət olduqda, daha miqyaslı işlərdə elektrik boltçevirən olmadan mümkün deyil. Onun daha bir növü – drel-boltçevirəndir – bu alətin köməkliyi ilə lazımlı başlığı seçdikdə burma işlərini aparmaq mümkündür. Bu alət onu universal edən (xüsusilə məişət istifadəsində) əlavə funksiyaları ilə fərqlənir.

Boltçevirənlərin növləri

Boltçevirənləri əsas iki növə bolmək olar – şəbəkədən işləyən və akkumulyatorlu. İş prosesi zamanı elektrik şəbəkə uzaq olduqda və va elektrik kəsilməsi problemləri tez tez baş verdikdə akkumulyatorlu boltçevirənlərdən istifadə etmək daha rahatdır. Lakin kabelsiz drel və ya boltçevirən üçün əlavə enerji yığımı tələb olunur – bunu nəzərə almaq vacibdir.

Akkumulyatorlu drel: funksiyalar və imkanları

Yuxarıda qeyd edildiyi kimi, elektrik boltçevirən bir sıra faydalı funksiyalara malikdir. Onların dəqiq sayı müəyyən modeldən asılıdır, lakin əsas funksiyalara bunları aid etmək olar:
  • Revers — fırlanma istiqamətini dəyişdirir və demontaj zamanı (detalı çıxarmaq üçün) istifadə edilir. Reversin bayraqlı və birbaşa mühərrik üzərində yerləşən növləri var.
  • Əyləc — bu halda alət yalnız düyməyə basdıqda işə başlayır. Düyməni buraxdıqda iş dayanır.
  • Zərbəli rejim — hərəkət təkcə ox ətrafında deyil, həmçinin irəli-geri də edilir. Bu funksiya sərt və bərk materiallar (beton, qalın dəmir) üzərində işləmək imkanı verir.
  • Bir neçə sürət rejimi və fırlanma tənzimlənməsi – müxtəlif materiallar üzərində işləyərkən rahat olan təsirin intensivliyini tənzimləmə imkanı verir.
  • Qoşulma kilidi – təhlükəsizlik baxımından vacib bir funksiyadır, xüsusilə evdə uşaqlar olduqda.
İşıqlandırma — еzəif işıqlanan məkanlarda işləyərkən daha bir rahat əlavədir. Çünki iş məkanında fənər yerləşdirmək hər zaman mümkün olmur.

Uyğun modeli necə seçmək lazımdır?

Akkumulyatorlu drel boltçevirəni əldə etmək üçün istifadəsinin məqsədi və şəraitini nəzərə almaq lazımdır. Bu nüanslar funksiyalar, güc, akkumulyator həcmi və digər xüsusiyyətləri seçməyə imkan verir. Maxi.az internet-mağazasında müxtəlif model akkumulyatorlu boltçevirənlər təqdim olunur, beləliklə ən münasib qiymətə keyfiyyətli cihazı seçə bilərsiniz. Seçimdə çətinlik olduqda isə məsləhətçimiz mütləq köməklik göstərəcəkdir. Keyfiyyətli drel boltçevirən seçəcək, və siz bu məhsulu rahat və münasib qiymətə əldə edəcəksiniz. Həmçinin taksit və kreditlə də ödəniş etmək mümkündür – şərtləri və aylıq ödəniş məbləği ilə məsləhətçimiz tanış edəcəkdir. Keyfiyyətli və peşəkar aləti hələ heç vaxt bu cür asan və rahat sifariş etmək mümkün olmamışdır.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml