Outlet tozsoranlar: ucuzlaşdırılmış məişət texnikası və elektronika məhsullarının satışı | Maxi.az

Tozsoranlar Bu kateqoriyada hal hazırda 0 məhsul var

Tozsoran vasitəsilə mənzili tez bir zamanda kir və tozdan təmizləmək olar. Bu sadə təmizlik maşını hava axını vasitəsilə tozu soraraq, səthləri təmizləyir. Kir filtrlərdən keçərək xüsusi rezervuarda çökür. Bu texnika sayəsində təmizlik işləri xeyli yüngülləşir. Müasir modellər keyfiyyətli, sürətli və rahat təmizlik üçün bir sıra funksiyalara malikdir. Əgər siz yeni tozsoran almaq istəyirsinizsə, cihazın iş keyfiyyətinə təsir edən əsas göstəricilərlə tanış olun. Azərbaycanda məişət texnikasının satışı ilə bizim internet mağaza Maxi.az məşğul oluri.

Tozsoranın əsas xüsusiyyətləri

Uyğun olan modeli seçərkən, ilk olaraq cihazın gücünə diqqət yetirin. Çəkmə (sorma) gücü - işin effektivliyinin əsas göstəricisidir ( 250-dən 500 Vt-a qədər dəyişir). Cihazın işinin orta göstəriciyə malik olmasını onu işə saldıqdan beş dəqiqə sonra bilməkolar, lakin maksimal göstərici qoşulmadan dərhal sonra aşkar olur. Sərf olunan güc 1000-dən 2400 Vt-a qədər dəyişir. İş həcmi və kirlənmə dərəcəsi nə qədər yüksək olarsa, təmizlik üçün bir o qədər güclü texnikaya ehtiyac olacaq. Alış zamanı bir-neçə nüansları da nəzərə almaq lazımdır. Filtrasiya sisteminə diqqət yetirin. Bu toz və kir yığmaq üçün adi kisə və ya əlavə olaraq havanı təmizləyən dərin təmizləmə filtrli model ola bilər. Dərin təmizləmə filtri ən xırda hissəcikləri, eləcə də allergen və mikro-orqanizmləri özündə saxlayır. Tozsoranlar arasında nəm təmizləmə və quru təmizləmə üçün modellər vardır ki, onların da bir-neçə növü mövcuddur:
  • toz kisəsi ilə;
  • tozun yığılması üçün konteyner ilə;
  • su filtri ilə.
Bu cür texnikanı, yeni məhsulların endirim ilə təqdim olunduğu Outlet-dən almaq olar.

Tozsoranların əlavə xüsusiyyətləri

Cihazdan istifadə rahatlığı sorma borusunun növündən də asılıdır. Bu borular poladdan, plastikdən və teleskopik ola bilərlər. Əgər boru iki elementdən ibarətdirsə, istifadədən öncə onu hər dəfə quraşdırmaq lazım olacaq. Plastik boru – yüngüllüyü, polad – uzun ömürlülüyü, teleskopik borular isə - saxlanma və istifadədə rahatlığı ilə fərqlənirlər. Müxtəlif örtüklər üçün nəzərdə tutulan fırça və başlıqlar funksionallığa imkan yaradır. Standart dəstdə həmişə xalçalar və döşəmə üçün, hətta ola bilər ki, yarıqlar üçün də başlıqlar vardır.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml