【Siçan üçün xalça】Bakıda satışı | MAXI.AZ

Siçan üçün xalça Bu kateqoriyada hal hazırda 5 məhsul var

Kompüter siçanı üçün xalça almağa dəyərmi və iş prosesi üçün rahat şərait yaratmaq üçün onu necə seçmək olar? Xalçanın mövcudluğu kursor cavabının sürətinə müsbət təsir edir, onu düzgün yönləndirir.

Siçan üçün xalçaların əsas funksiyalarını qeyd edək:

  • masanın zədələrdən qorunması;
  • siçanın qorunması;
  • kursorun hərəkət dəqiqliyinə dəstək;
  • siçanın hərəkətinə nəzarət.

LED işıqlı siçanlar üçün xalça səthinin önəmi yoxdur, lazer siçanlar üçün isə hündürlük vacib rol oynayır. Bu səbəbdən belə siçanlar üçün daha düz səthli, sərt xalçalara üstünlük verilir.

Siçan üçün xalçalar hansı materiallardan istehsal edilir

Xalçalar üçün üç cür material mövcuddur:

  • 1. Speed — yüksək sürüşmə keyfiyyətli, hamar səthə malik xalçadır. Bu növ aksesuarları adətən geymerlər seçir, oyunlar zamanı sürətli hərəkətlər üçün uyğundur.
  • 2. Control — bu növ xalçalar qabarıq, yumşaq səthə malikdir. Hərəkət dəqiqliyi vacib olduqda və xüsusilə qrafik dizaynerlər üçün uyğundur.
  • 3. Speed + Control — ən universal variantdır. Birinci iki növün funksiyalarını birləşdirir. Speed + Control xalçaları adətən ikitərəfli olur.
  • Plastik xalçalar

    Bu növün əsas üstünlüyü – münasib qiymətdir. Plastik xalçalar orta səviyyəli sərt səthə malikdir. Bu növ masa səthinin düzləşdirilməsi lazım olan hallarda uyğundur. Plastik xalçalar asanlıqla təmizlənir, çox yüngül və hamardır. Bu aksesuarlar geniş çeşidli dizayna malikdir. Əlbəttə, mənfi cəhətləri də var – xalça masa üzərində sürüşə bilər, hərəkət edən siçan isə səs edir. Həmçinin material çox kövrəkdir, zədələrə meyillidir.

    Sərt materiallardan xalçalar

    Bu növ xalçalar şüşə, metal, polikarbonatdan istehsal edilir. Lazer və LED işıqlı siçanlar üçün uyğundur, platformanı xatırladır. Xalçaların səthi hamardır, və siçan onların üzərində heç bir çətinlik çəkmədən asanlıqla sürüşür. Belə xalçalar davamlı və praktikdir. Onların arasında ikitərəfli çeşidlər də olur.

    Mənfi cəhətlərindən yüksək qiymət, cızıqların tez əmələ gəlməsi, ağır çəki və masa üzərində yerləşmənin çətinliyini qeyd etmək olar. Bu kateqoriyada istehsal edilən xalçalar əsasən şüşə və metaldan olur.

    Yumşaq materiallardan xalçalar

    Bu kateqoriyada olan xalçalar rezin, silikon, poliuretandan istehsal edilir. Büdcəli variantlarda köpüklənmiş rezin və rezinli parçalardan istifadə olunur. Yumşaq xalçalar toxunuşda xoşdur və əllər üçün rahatdır. Üstünlüklərindən praktiklik, yüngüllük, hərəkətlərin dəqiqlik və davamlılığını qeyd etmək olar. Silikon modellər daha hamar olur, siçan üzərində asanlıqla sürüşür.

    Mənfi cəhətlər də var – tez tez istifadə edildikdə material müxtəlif hissələrdə sürtülür.

    Siçan üçün parça xalçalar

    Parça növ ən universal növdür. Münasib qiymətə, davamlı və istifadəçi üçün rahatdır. Parça xalçalar oyunlar, iş prosesi və evdə istifadə üçün tam uyğundur. Sürətli və həssas olması üçün parçaya sıx toxunmuş nazik saplar, rahatlıq və yumşaqlıq üçün isə - iri toxunmuş qalın saplar əlavə edilir. Xalça bükülür, əyilir, deformasiya olunmur, siçanı zədələmir. Yeganə mənfi cəhəti – tez kirlənməsidir.

    Dəri xalçalar

    Dəri variant iş masasına bahalı görünüş verməyi arzulayanlar üçündür. Bu növ xalçalar xüsusi qulluq tələb edir və onların yeganə müsbət cəhəti – xarici görünüşüdür.

    Digər növlər arasında xalçaların əlavə funksiyalarını qeyd etmək olar:

    • 1. Bilək üçün altlıq.
    • 2. RGB-işıqlandırma.
    • 3. Naqilsiz şarj – bu cür xalçaların köməkliyi ilə siçana şarj doldulura bilər.
    • 4. USB-giriş.
    • 5. Nəm əleyhinə səth örtüyü.

    Maxi.az-da alış – tez, rahat və münasib

    Azərbaycanda ən populyar internet mağaza olan Maxi.az-da “Kompüter texnikası” bölməsində kompüter siçanı üçün ən uyğun xalçaları əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

    btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml