Radiatorlar və ventillərin Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Radiatorlar və ventillər Bu kateqoriyada hal hazırda 0 məhsul var

Gündəlik iqlim texnikasına ilk növbədə isitmə radiatorları aiddir. Onlar hər yerdə çox mənzilli binalarda və şəxsi həyət evlərində,müəssisələrdə, mağazalarda, ofis binalarında və s.tətbiq edilir.

Mənzil üçün radiator cihazları necə olur?

Mənzillərdə isitmə radiatorlarının əsas növləri - panel və bölməli radiatorlardır. Panel radiatorlarını seksiyalara bölünməyən bütöv işlək səth təşkil edir. Bu qurğular metaldan hazırlanmışdır. Poladdan hazırlanan panel radiatorları bir sıra üstünlüklərə malikdirlər:
  • konstruksiyanın sadəliyi;
  • yüksək istilikvermə;
  • çoxlu sayda birləşmələrin olmaması;
  • qoşulmanın universallığı – yan və alt qoşulma;
  • hündürlük 20 sm-dən 2 metrə qədər;
  • cazibədar xarici görünüş;
  • sərfəli qiymət.
Buna baxmayaraq bəzi qüsurlar vardır. Bu cür radiatorları çoxmənzilli binalarda belə istifadə etmək məsləhət deyildir. Məsələ burasındadır ki, bu sistemlərdə işləmə təzyiqi 10att-ni keçmir, bu da iri şəbəkə üçün yetərli deyildir. Bundan əlavə, panel radiatorları təmiz istilik daşıyıcısı tələb edir, çünki dar kanallar asan kirlənə bilərlır. Bölmə radiatorlar bir neçə seksiyadan ibarətdir, hansı ki, quraşdırma zamanı miqdarı özünüz seçə bilərsiniz. Alümindən hazırlanan bu metal korroziyaya məruz qalmır və yüksək istilikverməyə malikdir: tez isinərək, tez də soyuyur. Buna görə, əgər tənzimləmə imkanı varsa, yaxşı olar ki, bu batareyaları söndürməyəsiniz və istiliyi daim qoruyub saxlayasınız. Bina evlər üçün ən yaxşı seçim - poladdan hazırlanan oxla təchiz edilmiş bölmə alümin radiatorlardır. Onlar tez isinərək, uzun müddət istilik verirlər, yüksək təzyiqə və hidravlik zərbələrə davamlıdırlar. Onların əsas çatışmamazlığı metal oxların korroziyaya uğraması meylli olmalarıdır.

Radiatorları haradan almaq olar?

Maxi.az internet mağazada radiator cihazlarının, ventillərin və digər aksessuarların böyük seçimi vardır. Yüksək keyfiyyət, birbaşa təchiz edilmə sayəsində Bakı və Azərbaycanın digər şəhərlərinə rahat çatdırılma - budur bizim əsas üstünlüklərimiz.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml