- Ana sәhifә
- Şirkәt haqqında
Şirkət haqqında
Maxi şirkəti, İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hal-hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir. “Maxi”-ni yaratmaqda məqsədimiz ölkənin elektronika və məişət texnikası üzrə bir nömrəli distribyutoru olmaqdır.
Bunun üçün bizim İntegral Plus şəbəkəsində qazandığımız çoxillik təcrübəmiz var. Maxi - keyfiyyətli artım deməkdir. Geniş təcrübə və yeni ideyalarımızın çoxu hələ Azerbaycanda təcəssüm olmayıb.
Vergi ödəyicisinin adı:“İNTEGRAL” Qapalı Səhmdar Cəmiyyəti
Dövlət qeydiyyatı № (VÖEN): 1500041651
Vergi ödəyicisinin ünvanı: AZ1052, Bakı şəhəri Narimanov rayonu, Ə.Rəcəbli, ev. 8, mən. 9
Direktor: Qasımov İlkin Tofiq oğlu.
Geniş çeşid
Yeni təchizatçılar və tərəfdaşlar cəlb etmək üçün şirkətimizdə mütəxəssislərdən ibarət komanda qurulub. Nəticədə, biz iri istehsalçılar və texnika distribyutorları ilə əməkdaşlıq qurmuşuq. Biz Samsung, Apple, Lenovo, Philips, LG, Xiaomi və digər markaların rəsmi, orijinal məhsullarının satışı ilə məşğuluq.
Online mağazamızın 5000-dən çox məhsul çeşidi var: smartfon və noutbukdan başlayaraq, paltaryuyan maşın və ev kinoteatrlarınadək. "Mövcud deyil" statusu bizdə mövcud deyil. Saytda gördüyünüz hər bir məhsul bizim anbarlarda və ya mağazalarda mövcuddur.
Xidmətin yeni səviyyəsi



Sərfəli qiymətlər
Rəsmi məhsulları birbaşa təchizatçılardan, vasitəçilərsiz əldə etdiyimiz üçün Maxi.az mağazasında məhsullar münasib qiymətlərlə təqdim olunur. Bundan əmin olmaq üçün, mağazamıza gəlmək kifayətdir. Bundan əlavə Maxi-də çevik Bonus Plus sistemi mövcuddur.


























































































































































