Şəbəkə uzadıcıları və filtrlər peşəkar elektrik işçiləri arasında, eləcə də məişətdə və ya ofisdə tətbiq olunurlar.
Şəbəkə filtri ilə uzadıcı arasında fərq nədir?
Görünüşü ilə bu qurğular çox oxşardır: onlar yuvadan, uzadıcı şnurdan və müəyyən miqdarda yuvacıqdan ibarət olan paneldən ibarətdir. Adətən onların sayı - iki, dörd altı olur, lakin, variantlar çox ola bilər. Panel üzərində qadalanmanın söndürülməsi üçün əlavə düyməyə daha çox filtrlərdə rast gəlinir, lakin uzadıcılarda da olur.
Adi uzadıcı - stasionar rozetkaların olmadığı yerlərdə - məsələn, balkonda, anbarda və s. elektrik işlərini görərkən müvəqqəti olaraq bir və bir-neçə qurğunun qoşulmasına imkan verən bir-neçə rozetkadan ibarət şnurlu qurğudur.
Şəbəkə filtri həmçinin uzadıcı funksiyasını yerinə yetirir, lakin bu halda daha geniş imkanlara malikdir. Bu cihaz məişət texnikasını müxtəlif maneələrdən müdafiə edir:
- şəbəkə;
- yüksəktezliklik;
- aşağı tezliklik;
- impuls;
- cərəyanda müxtəlif yüklənmələrdən;
- qısa qapanmalardan.
Əgər uzadıcı tez-tez müvəqqəti qurğu kimi tətbiq edilirsə, onda şəbəkə filtrini müxtəlif elektronikanın və məişət cihazlarının daimi qoşulması əsasda istifadə etmək olar. Məsələ ondadır ki, quraşdırılan qoruyucular tez-tez gərginliyin və başqa maneələrin sıçrayışlarına dözmür və yanır. Bu halda bəzən texnika özü də sıradan çıxır.
Şəbəkə filtrində xüsusi qoruyucu sizin texnikanı müdafiə edir. Bu cür devayslar, kompüter texnikası,
televizor, mətbəx alətlərini və s. şəbəkə filtri olmadan qoşmağa ümumiyyətlə məsləhət görülmür.
Elektrotexnikanın və aksessuarların Azərbaycanda satışı
Maxi.az internet mağazası yüksək keyfiyyətə malik elektron aparaturları, məişət texnikası və aksessualarını sərfəli qiymətə təklif edir. Bizdə malın seçimini, alışını və ölkənin istənilən şəhərinə çatdırılmanı seçə bilərsiniz.