Outlet qızdırıcılar: ucuzlaşdırılmış məişət texnikası və elektronika məhsullarının satışı | Maxi.az

Qızdırıcılar Bu kateqoriyada hal hazırda 0 məhsul var

İqlim texnikasının temperatur rejimləri sayəsində rahatlıqla soyuq və istiləri keçirmək olar. Bir neçə il bundan əvvəl kondisionerlər və konvektorlar cah-calal sayılırdı, lakin bu gün vacib bir amil kimi demək olar ki hər bir evdə vardır. Hava şəraiti bizim planlarımıza uyğun gəlməyə bilər, lakin evdə hər zaman rahatlıq yaratmaq olar. Soyuqların öhdəsindən gələrək, evdə havanın temperaturunu qaldırmaq üçün, bizim Outlet mağazadan sərfəli qiymətə ala biləcəyiniz istilik ventilyatorları və digər qızdırıcılardan istifadə edə bilərsiniz.

Qızdırıcıların növləri

Havanı qızdıran bir neçə texnika növü mövcuddur. Uğurlu alış üçün onların növləri və xüsusiyyətləri ilə tanış olmaq lazımdır.İş prinsiplərinə əsasən qızdırıcılar om (bu növlərdə lövhələr bərk qızır) və dalğalı (infra-qırmızı spektrdə şüa) növlərə bölünür. Onların arasında:
  • istilik ventilyatorları;
  • yağla işləyən;
  • konvektor;
  • infra-qırmızı;
  • karbon.
İstilik ventilyatoru fen kimi işləyir - gızdırıcı elementdən keçərək hava, artıq qaynar çıxır. O tez isinir və sərfəli qiyməti ilə fərqlənir. Metal qızdırıcı elementlə olan bir qədər ucuz modellər qızmaya meylli ola bilər, lakin keramik lövhələrlə tamamilə təhlükəsizdir. Yağ radiatoru - içərisində yağ olan bir neçə seksiyadan ibarət olan ən qənaətli və səssiz variantdır. Konvektor soyuq havanı ötürür, cihazın gücünü isə sahənin ölçüsünə uyğun seçmək lazımdır. Outlet-də bu cür texnikanı Azərbaycan üzrə çatdırılma ilə, endirimli qiymətə əldə etmək olar. İnfra-qırmızı qızdırıcıda istiliyi, şüşə və ya kvars boruya yerləşdirilən metal ərintidən hazırlanan spiral verir. O çox tez bir zamanda isinir və istilik güzgü səthlərdən əks olunur. Bu qayda ilə karbon model də işləyir, lakin, boru əvəzinə onda karbon tellər istifadə olunur. Bu qurğu daha qiymət baxımından daha bahadır.

Qızdırıcı seçimində vacib olan amillər

Alış zamanı cihazın gücünə diqqət yetirin. Standart mənzillər üçün 1 kVt norma sayılır, daha güclü cihazlar yüklənməyə səbəb ola bilər. Qızdırıcılar havanı qurutduqları üçün, nəmləndiricisi olan modelləri almaq faydalıdır. Təhlükəsizlik qaydalarını unutmayın: isinmiş havanın çıxdığı dəliklər bağlansa, yanma baş verə bilər. Bizim saytda ucuzlaşdırılmış mallardan ibarət olan kataloqu nəzərdən keçirin və evinizdə rahatlıq yaradın!
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml