Təmiz və səliqəli geyim, təravətli yumşaq yorğan və mələfə - insanın həyatını xoş edən detallardır. Gigiyena və təravətin hər zaman sizə xidmət etməsini istəyirsinizsə, avtomat paltaryuyan maşını əldə edin. Bu ağıllı ev köməkçisi sahibinin yerinə bütün vaxt sərf edən işləri görəcək.
Paltaryuyan maşının seçimi
Qiymət və istifadə qaydaları baxımından sizi qane edəcək modeli əldə etmək üçün aşağıdakı qeydləri nəzərə alın:
- Qurutma funksiyası uşaqlar olan böyük ailələr üçün nəzərdə tutulub, geyim tez-tez kirlənir və tez bir zamanda qurudulmalıdır.
- Çamaşırın yüklənməsi vertikal və ya öndən ola bilər. Birinci variantda olanlar az sahəni tutduqları üçün kiçik vanna otaqlarına daha yararlıdır. Çamaşırı çıxarmaq üçün əyilmək lazım gəlməyəcək. İkinci variant böyük həcmi, şəffaf pəncərənin və sensor panelin olması ilə daha rahatdır.
- Ölçülər. Bir çox modellər hündür olmadıqları üçün, çanağın altında yerləşdirilə bilərlər. Lakin, əgər sizə çox sayda çamaşır yumaq lazımdırsa, təbii ki, seçdiyiniz texnikanın ölçüləri də sizin istəyinizə uyğun olacaqdır.
- Sıxma sinfi.
- Elektrik enerjisinin sərf olunması.
- İdarəetmənin rahatlığı. Mümkün olan komandaları nəzərdən keçirin.
Maxi.az- da paltaryuyan maşınlarının satışı
Bizim alıcılar Bosch, Electrolux, Hansa, LG, Midea və s. kimi brendlərin yüksək keyfiyyətli məhsullarını Azərbaycanın istənilən regionuna sifariş verə bilərlər. Seçiminizi yetəri qədər tez edə bilərsiniz. Qiymət, aksiyalar, maksimal yüklənmə, qurutma funksiyasının mövcudluğu, uşaqlardan müdafiə, suyun sərf olunması, fırlanma sürəti, rəngə və s əsasən rahat axtarış filtrindən istifadə edin. Bütün məhsulların xüsusiyyətləri ətraflı qeyd edilmişdir. Zərurət yarandığı halda, bizim hazırcavab menecerlərimizə əlavə suallar da verə bilərsiniz. Bizdə ucuz paltaryuyan maşınların kreditlə satışı mümkündür.