【Ütü masası】Bakıda satışı | MAXI.AZ

Ütü masaları Bu kateqoriyada hal hazırda 0 məhsul var

Bir zamanlar hamımız rahat və yığcam quruducu konstruksiyalar yerinə dəhlizlərdə və ya həyətlərdə uzun məsafələrə uzanan və ya çox vaxt balkon məhəccərlərindən asılan ən adi paltar iplərindən istifadə edirdik. İndi bütün bunlar tarixdə qalır və insanlar yuyulmuş paltar və camaşırlar üçün daha rahat qurğulardan– paltar qurudanlardan istifadə edir.

Paltar qurudanlar bir neçə növə bölünür. Bərkidilmə üsulu üzrə: divarüstü, tavanüstü və döşəməüstü paltar qurudanlar mövcuddur. Bunlardan əlavə istənilən səth üzərinə bərkitmək üçün daha mobil qurğular var.

Ən rahat variant – divarüstü qurudanlardır. Bu cür modellər yerə qənaət edir və istənilən məkanda istifadə olunur. Lakin bu növün bir mənfi cəhəti var – divarüstü qurudanların bir çoxusu böyük çəkidə yuyulmuş paltarlara dözmür.

Divarüstü qurğuların növləri:

  • qatlanan ətalət qurudanları;
  • qurudan-qarmon;
  • teleskopik;
  • «lift»;
  • qatlanan qurudan;
  • stasionar.

Ətalət qurudanları

Bu növ qurudanların iki hissəsi iki divara bərkidilir: bir divara ip olan bobin, digər divara isə qarmaqlar. Bu qurudanların müxtəlif növlərində ipin uzunluğu da müxtəlif ola bilər. Ətalət qurudanı qatlanmış vəziyyətdə az yer tutur və bunun sayəsində divar üzərində yerə qənaət edir.

«Qarmon»

«Qarmon» bir divara bərkidilir və oradan xüsusi mexanizm - qarmon irəli dartılır. Burada ipin yerinə 1 sm eni olan borulardan istifadə olunur. Bu cür qurudana asdıqda paltarlar üzərində heç bir qırışıq qalmır. Qarmon-qurudanlar yığcam, davamlı və ağır yükə dözümlüdür. Qarmon daha çox hamam otaqlarında quraşdırılır.

Teleskopik qurudanlar

Teleskopik qurudanlar daha çox qarmon-qurudana bənzəyir, çünki qurğu irəli dartılır. Lakin bu növün konstruksiyası bir qədər fərqlidir. Açılma tipi tam və ya hissəli ola bilər. Teleskopik modellər yığcamdır, lakin ağır yükə davamlı deyil.

«Lift»

Ən universal modellərdən biri “lift” qurudanıdır. Onu evin istənilən yerində quraşdırmaq mümkündür, qurğu yığcamdır, lakin böyük miqdarda paltarları yerləşdirə bilir və ağır çəkiyə davamlıdır. Bəzi hissələri tavana bərkidilə bilər. İki planka və 6 metal borudan ibarətdir. Qurudan divara bərkidilir, asmaq üçün isə boruları lazımlı səviyyəyə qədər endirmək olar, yuyulmuş paltarları asmaq və sonra yenidən qaldırmaq. Bundan əlavə daha bir funksiyası mövcuddur – əşyaları müxtəlif səviyyələrdə asmaq imkanı.

Qatlanan qurudanlar

Qatlanan qurudanlar sadə konstruksiyaya malikdir və bununla yanaşı ağır çəkiyə davamlıdır. Yuyulmuş paltarları asmadan qurudanı açırlar və əyilmə səviyyəsini tənzimləmək olar. Qurğu çox tez və sadə şəkildə açılır və yığılır.

Stasionar divarüstü qurudan

Bu növ divara bərkidilən iki plankadan ibarətdir. Onun təkmilləşdirilmiş variantı - diyircəkli qurudandır.

Döşəməüstü qurudan

Ən adi qurudan növü – döşəməüstü açılan qurudanlardır. Rahatlıqla yerləşdirilir, açılır-bağlanır və onu şkaf-kupe, saxlama otağı, qarderob, mebel arxasında yerləşdirmək olar.

Şaquli döşəməüstü qurudanlar

Bu növ qurudanlarda iki səth bir-birinin altında yerləşir. Onların hündürlüyü 2 metrə yaxın olur və dəyişdirilə bilər.

Maxi.az-da alış

Azərbaycanda ən populyar internet-mağaza olan Maxi.az-da “Məişət texnikası” bölməsində paltar qurudanları geniş çeşidi arasında evinizə ən uyğun modeli münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. İstənilən qurudan modelini həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az dükanlarında əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml