Mətbəx tərəzisi Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Mətbəx tərəziləri Bu kateqoriyada hal hazırda 7 məhsul var

Mətbəx tərəziləri müxtəlif xörəklərin hazırlanması üçün olan inqrediyentlərin rahat və dəqiq çəkilməsi üçün nəzərdə tutulub. Müasir elektron mətbəx tərəziləri bərk, dənəvər və maye məhsulların çəkilməsi üçün istifadə olunur. Bundan başqa, bir çox modellər əlavə funksiyalarla təchiz edilmişdir, məsələn smart-tərəzidə kalori sayğacı vardır. Sizə mətbəx tərəzilərin müxtəlifliyindən baş çıxarmağa bizim maxi.az internet-mağaza kömək edəcək. Çeşiddə Siz Beurer, Redmond, Kenwood, Maxwell, Gorenje və dünyanın bir çox digər aparıcı istehsalçılarının ən aktual modellərini tapacaqsınız.

Mətbəx tərəzini seçimdə səhv etmədən necə almaq olar?

Bu günə elektron mətbəx tərəziləri aralarında ən populyar iki növ olan, müxtəlif variantlarda istehsal olunur:
  • yastı platforma şəklində;
  • kasa ilə təchiz olunmuş.
Düz səth məhsulların hansı qabda hazırlanacaqsa elə həmin qabda çəkisinin ölçülməsi üçün çox rahatdır. Yastı platforma həm də həcimli yemiş və qarpız, balqabaq, tort, iri balıqların çəkisini ölçmək üçün çox uyğundur. Kasalı tərəzilər tara olmadan mayeni, dənəvər məhsulları, giləmeyvələri asan çəkməyə, həmçinin xəmir və xörəklər üçün digər mürəkkəb məhlulları hazırlamağa imkan verir. Tabloda olan sayğac yeni inqrediyentlərin əlavə edilməsinə dərhal reaksiya verir, ona görə də yemək reseptini qram dəqiqlikliyinə qədər izləmək mümkündür. Ən populyar modellər belə faydalı funksiyalarla təchiz olunub:
  • ardıcıl çəkmə;
  • məhsulların çəkisinin ölçü vahidlərinin seçilməsi (qram, millilitr, funt, unsiya);
  • cihazın yüklənmə indikatoru;
  • maye həcminin ölçülməsi imkanı və başqaları.
Bütün planşet və ya telefona qoşula bilən mətbəx çəki ölçmə elektron cihazları, ağıllı tərəzilər daxil olmaqla, çəki həddinə görə fərqlənir. Ölçmə üçün yol verilən məhsulun kütləsi 3 kq-dan 10 kq diapazonunda ola bilər. Buna görə də, bu faydalı cihazı almazdan öncə onun funksiyaları müəyyən edilməlidir. Həmçinin cihazı alarkən hazırlanan materiala da diqqət yetirmək lazımdır. Plastikdən olan modellərin çəkisi azdır və qiyməti ucuzdur, metal cihazları xidmətin uzun müddəti ilə seçilir, şüşə isə gigiyena tələblərinə daha uyğundur və ekoloji təmiz.

Azərbaycan üzrə çatdırılma ilə mətbəx məişət texnikası

Mətbəx tərəziləri və ev üçün digər faydalı cihazları tam dəyərinin ödənilməsi ilə, və ya kreditlə bizim maxi.az internet-mağazasında ala bilərsiniz. Bir çox modellərə qiymətdə güzəşt olunub, hər bir mal isə istehsalçıdan olan rəsmi zəmanətlə tamamlanır. Sifarişlərin Bakı və Sumqayıt üzrə çatdırılması kuryerlə həyata keçirilir. Həmçinin, Bakıda müştəti sifarişi mağazadan özü ala bilər. İnternet-mağazamızdan alınan mallar Azərbaycanın istənilən nöqtəsinə Azərpoçtla çatdırıla bilər (belə çatdırılma növünün müddəti cəmi iki gün təşkil edir).
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml