Qayka baglayanlar Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Qayka baglayanlar Bu kateqoriyada hal hazırda 9 məhsul var

Qaykaburan – oyma bərkitmələrin yeridilməsi və demontajı üçün istifadə edilən bir cihazdır (əsasən elektrik). Bəzi cəhətlərdən drel cihazına oxşardır, lakin tutacaq və ya buran (dreldə mövcud olan) bu cihazın içərisində qayka və boltların bərkidilməsi üçün burun daxil edildiyi kvadratın altında bir şaft var. Qurğusunun əsas hissələri: koprus, aparıcı və çıxarıcı şaftlar, mufta və onu sıxan yay və toplar.

Akkumulyatorlu və şəbəkə qaykaburanları

Elektrik qaykaburan kimi cihazın növlərini təyin edən bir neçə kriterilər mövcuddur. Onlardan biri – enerji yığma üsuludur: şəbəkədən və ya akkumulyatordan. Birinci uzun müddətli, fasiləsiz işi ilə, ikinci isə yığcamlıq və elektrik mənbəyi olmayan (və ya əlçatmayan) məkanlarda işləmək üçün rahatdır. Onu da qeyd etmək lazımdır ki, akkumulyatorlu cihaz digərindən bir qədər bahalıdır.

Zərbəli və zərbəsiz qaykaburanlar

İş növünə görə elektrik qaykaburan zərbəli və zərbəsiz olur. Bu növlərin fərqi ondan ibarət dir ki, zərbəsiz modellərdə başlıqlar yalnız ox üzərində fırlanır, zərbəli modellərdə isə irəli-geri də hərəkət edir. Zərbəli cihaz sərt materiallar (metal, taxtanın sərt növləri, beton) ilə işləmək imkanı verir.

Optimal bir cihazı necə seçmək olar?

Qiyməti tələb olunan keyfiyyət və funksiyalara uyğun qaykaburanı seçmək üçün onu hansı məqsədlə əldə etmək istədiyinizi təyin etməlisiniz. Şəbəkədən elektrik enerjisinin verilməsinin mümkün olub olmadığını, kiçik ev ehtiyaclarını təmin edəcəyini və ya gündəlik intensiv iş üçün istifadə ediləcəyini bilmək vacibdir. İşlənəcək materialları da nəzərdən keçirməyə dəyər. Maxi.az internet-mağazasında münasib qiymətə qaykaburan (və digər “elektrik” növlü cihazları) əldə edə bilərsiniz – birdəfəlik ödəniş və ya taksit/kredit ilə. Bir neçə ödəniş növü mövcuddur – maksimal dərəcədə rahat və uyğun üsulu seçin. Qaykaburan növünü seçməkdə çətinlik çəkirsinizsə, o halda məsləhətçimiz sizə köməklik göstərər.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml