【Mətbəx ləvazimatları】Bakıda satışı | MAXI.AZ

Mətbəx ləvazimatları Bu kateqoriyada hal hazırda 4 məhsul var

Gözəl və keyfiyyətli mətbəx ləvazimatları ev sahibəsinin qürur səbəbidir və mətbəx interyerini dəbli və parlaq aksentlərlə tamamlayır.

Mətbəx ləvazimatların çeşidləri

Bizim internet-mağazada Siz bütün lazımi süfrə və mətbəx ləvazimatları tapa bilərsiniz:
  • qab-qacaq dəstləri;
  • tərəvəz təmizləyən;
  • kəfgirlər, çömçələr və mətbəx belləri;
  • bıçaqlar üçün maqnit tutqaclar;
  • dənəvər məhsullarının saxlanılması üçün qab;
  • ələk;
  • kəsib-doğrama üçün taxta;
  • çörək qabları;
  • qaynar qab üçün istiyə davamlı altlıqlar.
Bütün mətbəx aksessuarları dəbli dizayna malikdir, həmçinin keyfiyyətli və etibarlı materiallardan hazırlanmışdır. Kataloqda tanınmış və özlərini müsbət tərəfdən təqdim etmiş Rondel, Luminarc, Mayer & Boch, Joseph Joseph, Dolphin kimi brendlərin istehsalı olan qablar təqdim olunub.

Mətbəx ləvazimatları düzgün necə seçilməlidir

Mətbəx üçün zəruri olan bütün əşyaları eyni xarici görünüşdə toplamaq demək olar ki, qeyri-mümkündür, çünki müxtəlif qabların müxtəlif istifadə müddəti var. Lakin mətbəxin dəbli və səliqəli görsənməsi üçün ümumi bir üslübda müəyyənləşmə vacibdir. Əgər siz qabları açıq altlıq və rəflərdə saxlayırsınızsa, o zaman çalışın ki, onları materialın rəngi və fakturasına uyğun seçin. Müxtəlif ölçülü eyni qablar açıq səthlərdə çox gözəl görünür. Əgər qablarınızın əksəriyyəti paslanmayan poladdan hazırlanıbsa, o halda metaldan olan çömçə və mətbəx bellərini də almaq olar. Əgər siz yanmayan örtüklü tava və qazanlardan istifadə edirsinizsə, o zaman polimer və ya taxta ləvazimatlar seçmək lazımdır.

Mətbəx ləvazimatların Maxi.az-da alınmasının üstünlükləri

Yeni qazan və ya qab alarkən, mətbəx üçün yeni aksesuarları da almağı unutmayın. Bizim internet-mağazada geniş çeşiddə, sərfəli qiymətlərlə müxtəlif mətbəx cihazları təqdim olunub. Bundan başqa, biz Azərbaycan ərazisi üzrə sürətli çatdırılmanı, Bakı və Sumqayıt üzrə isə 50 AZN-dən olan sifarişlərə pulsuz çatdırılma təklif edirik. Bizim internet-mağazada qab almaq çox asandır. Biz kataloqda olan bütün malların olmasına zəmanət veririk, sifarişin ödəməsi isə həm nağd, həm də bank kartı ilə ola bilər. Bonusların yığılma sistemi isə sonrakı alış-veriş zamanı qənaət etməyə imkan verir. İstənilən malı sərfəli şərtlərlə kreditlə almaq olar. Maxi.az-da sərfəli qiymətə mətbəx əşyaları alaraq, özünüzə və yaxınlarınıza gözəl hədiyyə edin!
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml