Outlet ətçəkənlər: ucuzlaşdırılmış mətbəx malların satışı | Maxi.az

Ət çəkən Bu kateqoriyada hal hazırda 0 məhsul var

Ətçəkənin köməyi ilə əti çəkməkdən əlavə spaqetti və ya peçenye, eləcə də şirə hazırlamaq olar. Bu xörəklərin hazırlanması prosesini yüngülləşdirən və tezləşdirən mətbəx üçün çoxfunksiyalı qurğudur. Belə məişət texnikası əlavə imkanlar yaradaraq, əvvəllər istifadə edilən əl modellərindən tam olaraq fərqlənirlər. Artıq düyməni sıxmaq yetər, qurğu hər şeyi sizin üçün edəcək. Ətçəkənlərin qiymətləri demokratikliyi ilə fərqlənir, onların hazırlanması üçün tək metal deyil, eləcə də plastikdən istifadə edilir. Endirimli mətbəx texnikasını bizim Outlet mağazadan almaq olar.

Hansı ətçəkənlər vardır?

Elektrik ətçəkənlərin növləri onların təyinat və gücü ilə bağlıdır. İctimai qida müəssisələrində istifadə üçün peşəkar qurğular, böyük ailələr və kiçik kafelər üçün təkmilləşdirilmiş modellər, eləcə də kiçik gücə malik ev versiyaları mövcuddur. Əgər siz evdə xörək hazırlamaq üçün qurğu axtarırsınızsa, az gücə malik olan ətçəkən kifayət edər. O sizi əl əməyinə olan ehtiyacdan azad edəcək və sadə məsələlərin öhdəsindən tezliklə gəlməyə kömək edəcək. onlarda əlavə funksiyalar minimum olsa da, bir sıra üstünlükləri vardır. İstənilən ev ətçəkən maşını bir-neçə işin öhdəsindən gələ bilər - farşın hazırlanması, meyvə və tərəvəzlərin xırda doğranması və s. Bu texnikanın əsas üstünlükləri:
  • görülən işin sürəti;
  • istifadədə asanlıq;
  • davamlılıq;
  • fiziki qüvvə tələb etmir.
Mühərriki yükləmədən, bu cür qurğudan illər boyu istifadə edə bilərsiniz. Bakıda ev istifadəsi üçün modelləri bizim Outlet mağazada tapmaq olar.

Ətçəkəni necə seçməli?

Texnikanın işinin əsas göstəricisi - onun gücüdür. Adi elektrik ət çəkən maşınının gücü 330-dan 800 Vt-a qədər artır. Ev üçün aşağı gücə malik olan qurğular da kifayətdir, lakin əgər elektrik kabeli ilə probleminiz yoxdursa və maksimal gücə malik olan texnika əldə etmək istəyirsinizsə, bu zaman üst sərhədə müraciət etmək olar. Maşının məhsuldarlığı maşının bir dəqiqə ərzində verdiyi məhsulun çəkisi ilə ölçülür. Orta hesabla elektrik modelləri dəqiqədə 0.6 kq-dan dəqiqəyə 1.5 kq-a qədər istehsal edə bilir. Əgər cihazın uzun müddət istifadəsi planlaşdırılırsa, bu zaman mühərrikin qızdırmaya qarşı müdafiəyə malik modeli seçmək lazımdır. Ətçəkənin əlavə imkanları sırasında— qurğunun işinin sürətinə nəzarət etmək imkanı, həmçinin revers funksiyası — şnek əks hərəkəti verir. Qalanlar başlıq və bıçaq dəstindən asılıdır. Azərbaycanda çatdırılma xidmətli texnikanı, həmçinin yüksək keyfiyyətə malik ucuzlaşdırılmış malları bizim internet mağaza Maxi.az-da ala bilərsiniz.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml