Perforatorların Azərbaycanda, Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Perforatorlar Bu kateqoriyada hal hazırda 19 məhsul var

Perforator nə üçün lazımdır

Ev divarları taxta, blok və ya kərpicdəndirsə, və divar üzərində oyma etmək çox nadir hallarda lazım olursa, o halda perforator əldə etməyə heç bir zəruriyyət yoxdur, sadə drel işə yarayar. Drel daha yüngüldür və əlçatmaz yerlərdə işləmək üçün rahatdır.

Aşağıda göstərilən işlər planlaşdırılırsa, o halda şübhəsiz ki, perforator əldə etmək vacibdir:

  • beton və ya kərpic divar üzərində 10 mm diametrindən enli oymalar üçün;
  • gizli elektrik şəbəkə üçün marşrut qoymaq və ya boru çəkilməsi zamanı işlətmək üçün;
  • köhnə plitə və ya divar suvağını sökmək üçün;
  • arakəsmələri demontaj etmək üçün.

Perforator zərbəli dreldən nə ilə fərqlənir

Perforatorun zərbəli dreldən fərqi ondadır ki, drel üçün ən əsas rejim – qazma prosesidir. Qazma başlığı ətrafında hərəkət amplitüdü böyük olmur və bu səbəbdən qazma rejimində drelin effektivliyi yüksək deyil. Perforatorun əsas funksiyası zərbə ilə oyma və vurmadır. Bu halda, qazma başlığının uzununa hərəkəti elektromexaniki və ya elektro-pnevmatik qurğunun daha mürəkkəb və etibarlı mexanizmi ilə həyata keçirilir. Bunun sayəsində yerdəyişmə amplitüdü və zərbə enerjisi daha yüksəkdir, və beləliklə, sərt və həmçinin möhkəmləndiricilərlə tamamlanmış sərt materiallar daha asan perforasiya edilir.

Zərbəli qazmadan əlavə, perforatorların əksər modelləri çəkic rejiminə də malikdir, hansında ki, patronun öz oxu ətrafında fırlanması ümumiyyətlə yoxdur. Məhz bu rejimdən plitələri qırmaq və divara və ya tavana bir trasın vurmaq üçün istifadə olunur.

Elektromexaniki və elektro-pnevmatik zərbə mexanizmi olan perforatorlar

Hal-hazırda istehsalçılar elektromexaniki və elektro-pnevmatik zərbə mexanizmi olan perforatorları istehsal edirlər. Elektromexanik alətlərdə qazma başlığı oxunun uzununa hərəkət etməsi onun üzərinə birbaşa nüvə ilə zərbələr edildikdə baş verir. Nüvə iki elektromaqnit sarğı təsiri altında irəli-geri hərəkət edir.

Elektromexanik zərbəli mexanizmin mənfi cəhətləri alətin güclü geri çəkilməsi və vibrasiyasıdır, həmçinin yüksək güclü elektrik mühərrikin istifadə edilməsidir. Bu səbəbdən bu növ elektrik alətlər indi daha az istehsal edilir.

Перед тем как выбрать перфоратор и купить его, советуем обратить особое внимание на следующие характеристики:

Perforator seçib əldə etdikdən əvvəl onun növbəti xüsusiyyətlərinə nəzər yetirmək lazımdır:

  • 1. Rejimlərin sayı. Hər bir perforatorun əsas rejimi – zərbəli oymadır (qazma). Lakin müasir modellərin əksəriyyətində zərbəli mexanizmi söndürüb yumşaq materiallar üzərində oymalar etmək (oyma rejimi) imkanı var. Üç rejimli perforatorlarda həmçinin “çəkic” adlandırılan vurma rejimi mövcuddur.
  • 2. Gücü. Məişət və yarı peşəkar modellər üçün perforatorun gücü 0,8 ilə 1,8 kVt arasında dəyişir. Gücü nə qədər böyük olarsa, perforatorun məhsuldarlığı o qədər yüksək olacaq, və təbii ki, çəkisi də daha ağır. Ev istifadəsi üçün qızıl orta - 700 ilə 900 vatt arasında alət seçmək daha yaxşıdır.
  • 3. Patron növü. Müasir perforatorların böyük əksəriyyətində SDS-Plus və ya SDS-max bərkidici mexanizmlərdən istifadə edilir. Birinci 10-mm-lik mili ilə 110-1000 mm uzunluğu olan burlardan istifadə üçün nəzərdə tutulmuşdur və 25 mm qədər diametrli oymalar etməyə imkan verir. SDS-max patronları 18 mm-lik mil, 20 mm qədər diametrli oymalar üçündür.
  • 4. Qoruyucu mufta. Qoruyucu yayla-yumruqvari və ya sürtünmə muftası perforatorla işləmək təhlükəsizliyini təmin edir və oyma başlığının sıxılması zamanı alətin zədələnməsinin qarşısını alır. Bu funksiyalı modellər fırlanan momentin ən yüksək nöqtəsində patron və onu hərəkətə gətirən elektrik mühərrikin elementi bir birindən ayrılır. Bu opsiya olmadıqda alət əldən çıxa və ya mexanizmi zədələyə bilər.
  • 5. Fırlanma tezliyinin tənzimləyicisi. Hal hazırda istehsalçılar elektrik aləti artan yüklənmə zamanı müəyyən bir sürəti saxlamağa imkan verən bir cihazla təchiz edir. Bu xüsusiyyət sərt və möhkəmləndirilmiş materiallar ilə iş zamanı istifadə rahatlığını mühüm qədər artırır.
  • 6. Revers. Patronun hərəkət istiqamətini dəyişdirmək – daha bir faydalı funksiyadır, hansı ki, oyma başlığının sıxıldığı zaman lazım ola bilər. Bəzən detalı çıxarmaq üçün təkcə revers kömək edə bilər.
  • 7. Qazma dərinliyi məhdudlaşdırıcısı. Drel və perforatorların bir sıra modellərində əlavə qulp üzərində vint ilə bərkidilmiş mil görmək olar. Həmin mili bir neçə mm irəli çəkib o vəziyyətdə bərkitdikdə oyma başlığının işlənilən səthə daxil olma dərinliyini məhdudlaşdırmaq mümkündür.
  • 8. Perforatorun komplektasiyası. Istənilən brendə məxsus və ya müəyyən model perforatoru seçdikdən öncə daha bir mühüm nüans - onun komplektasiyası, yani dəstinə nələr daxil olduğunu öyrənmək. Komplektasiya nə qədər geniş olarsa gələcəkdə o qədər daha az əlavə aksesuar almalı olacaqsınız.

Perforatordan düzgün istifadə

Bir sıra sadə qaydalara riayət etmək kifayətdir:

  • yalnız istehsalçı tərəfindən tövsiyyə edilmiş patronlar, oyma başlıqları və digər detallardan istifadə edin;
  • uzun müddətli istifadə etdikdə, iş prosesində fasilələr etmək lazımdır ki, mühərrik və oyma başlığı soyuya bilsin, və oyma başlığını su ilə bir qədər nəmləndirmək olar;
  • zərbəli oyma istifadə edərkən oyma oxuna qarşı həddindən artıq güc tətbiq etməyin;
  • aləti düz vəziyyətdə saxlayın, oyma oxundan qırağa çəkilməsin;
  • çəkiç rejimində işləyərkən, həmin rejimdən davamlı istifadə vaxtını məhdudlaşdırmağa çalışın, vaxtaşırı patron fırlanması ilə rejimə keçin;
  • müntəzəm olaraq tozdan təmizləyin və vacib komponentləri yağlayın, və ya xidmət mərkəzində texniki xidmət göstərin.

Maxi.az-da alış – məhsullar və xidmətlərin maksimum keyfiyyəti!

Maxi.az internet-mağazasında tanınmış və etibarlı brendlərdən perforatorlar təqdim edilir. Münasib qiymətlər isə istədiyiniz məhsulu əldə etmək imkanı verir. Müvafiq kataloqa keçid alın, sifarişi əlavə edin, biz isə ən qısa müddət ərzində çatdıraq. Ehtiyac olarsa, satış mütəxəssisimiz lazımi məlumatı təqdim, sizə uyğun modellər təklif, ödəniş və çatdırılma üsulları ilə tanış edər. Nağd, kredit və taksit yolu ilə ödəniş edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml