Noutbuk cantaları Bakida kredit ve taksitle satisi • MAXI.AZ-da qiymətlər

Noutbuk üçün çantalar Bu kateqoriyada hal hazırda 74 məhsul var

Noutbuk çantaları

Noutbuk aldıqda onun üçün ən vacib və lazımlı aksesuarlardan biri çantadır. Çanta cihazın görünüşünü, iş keyfiyyətini uzun müddət qorunmuş saxlayır. Müxtəlif keyfiyyət, rəng, ölçü və digər göstəricilərə malik çoxsaylı çantalar arasında düzgün və praktik model seçmək asan deyil.

Seçim etdikdə davamlılıq, etibarlılıq, laptopun zədələrdən maksimum qorunması və əlbəttə ki, cəlbedici xarici görünüşünü nəzərə almaq lazımdır.

Seçim meyarları:

  • Materialın suya davamlılığı.
  • Çanta divarlarının daxili möhkəmliyi.
  • Möhkəm çərçivəsi.
  • Möhkəm və keyfiyyətli tikişləri.
  • Qalın material.
  • Noutbuklar üçün çanta seçimində əsas meyarlar

    Çanta seçimində ən əsas aspekt – noutbukun ölçüsüdür. Bu halda ölçü hamı bildiyi kimi noutbukun düym ilə ölçülən diaqonalıdır. Noutbuk çantaya rahat şəkildə yerləşib eyni zamanda çalxalanmamalıdır. Cihaz 14 və ya 16 düym diaqonala malik olduqda 15 düymluq noutbuklar üçün nəzərdə tutulan çantalar da uyğundur.

    Lakin hər ehtimalı nəzərə alaraq, alışdan öncə çantanın cihaza uyğun olmasını sınamaq tövsiyə edilir – matris ölçüsü, əlavə çıxıntılar və digər detallar rahat şəkildə yerləşməlidir. Təəssüflər olsun ki, ölçünü sınamaq hər zaman mümkün olmur, məsələn onlayn alış zamanı. Bu halda noutbukun dəqiq ölçülərinə uyğun seçmək tövsiyə olunur.

    Çantanın ölçüləri və çəkisi xarici və daxili hissələrində yerləşən ciblər və bölmələr, qorunma səviyyəsi və istehsal materiallarından asılıdır.

    Düzgün seçim üçün əsas prinsiplər:

    • Suya davamlılıq
    • Cihaz üçün qorunma səviyyəsi
    • Sərt və möhkəm çərçivə
    • Keyfiyyətli tikişlər
    • Qalınlıq

    Noutbuklar üçün çantaların növləri

    Çanta-keys

    Bu növ çantanın üstünlükləri yığcam görünüşü, cihazın etibarlı qorunması, davamlılıq və baxım asanlığıdır. Çanta-keyslər demək olar ki, heç köhnəlmir. Əlbəttə, mənfi cəhətləri də mövcuddur – keyslərin daxili hissəsi geniş deyil (yalnız noutbuk və qida bloklu kabel yerləşir) və ağır çəkiyə malik olur.

    Çanta-portfel

    Portfelin üstünlükləri onun funksionallığı və işgüzar xarici görünüşündədir. Bu növ çanta cihazın tam şəkildə qorunmasını təmin edir, daxilinə bir çox əşya yerləşdirilə bilər. Mənfi cəhətlərindən ağır çəkisini qeyd etmək olar. Çanta-portfellərin içərisində daxili suya davamlı örtük və metal detallar mövcuddur. Portfellər təbii dəridən istehsal edilə və kodlu kilid ilə təchiz oluna bilər. Həmçinin sənədlər üçün xüsusi bölmələr və ciblər mövcud ola bilər.

    Bel çantası

    Bel çantalarının əsas üstünlükləri – rahatlığıdır. Noutbuku bel çantasında daşıdıqda əllər tamamilə azad vəziyyətdə olur, hərəkət etdikdə heç bir ağırlıq hissi olmur. Bu növ çantalar xüsusilə aktiv həyat tərzini sevənlər üçün uyğundur. Bel çantası çəkinin bərabər şəkildə paylaşdırılmasını təmin edən ortopedik qurğuya malikdir. Suya davamlı neylon örtüklə və cihazı əlavə qorunma ilə təmin edən sərt çərçivə ilə təchiz edilir. Bel çantalarında aksesuarlar və digər əşyalar üçün müxtəlif bölmə və ciblər mövcuddur. Çantalar bir rəngdə və ya kombin edilmiş bir neçə rəngdə ola bilər.

    Çanta

    Noutbuk üçün adi çantanın ən vacib üstünlüyü - yüngül çəkisidir. Çanta özündə incəlik, artıq detalların mövcud olmaması, müxtəlif rəng çalarları kimi xüsusiyyətləri birləşdirir. Əşyalar üçün müxtəlif ciblər ilə təchiz edilir. Mənfi cəhəti – daxilinin geniş olmamasıdır. Çantalar adətən süni dəri və ya neylondan istehsal edilir.

    Təkərli çanta-araba

    Bu növ çanta tez tez ezamiyyətə çıxan istifadəçilər üçün rahat variantdır – daxilində noutbuk və səyahətdə lazım olan digər əşyaları daşımaq olar. Onun əsas mənfi cəhəti – səyahətlərdən başqa heç vaxt lazım olmur. Çanta-arabalar qalın səthli, sərt çərçivəli olur, noutbuk üçün nəzərdə tutulan bölməsi isə etibarlı şəkildə qorunmaya malikdir. Çantalar baqaj yeri, sənədlər, aksesuarlar və digər əşyalar üçün bölmələr ilə təchiz olunur.

    Çamadan

    Çanta-çamadan çox genişdir, və nəticədə ağır çəkiyə malikdir. Öncə təsvir olunan çanta növü kimi də, yalnız səyahətlər zamanı lazım olur, cihazın və digər əşyaların daşınması funksiyasını həyata keçirir. Bu növ modellər orqanayzer, sənəd, kağızlar üçün bölmələr, printer üçün xüsusi yer, müxtəlif ciblər və kilid ilə təchiz olunur.

    Üzlük

    Çanta-üzlük noutbukların avtomobildə saxlanma və daşınması üçün uyğundur, yüngül çəkiyə malikdir. Mənfi cəhəti daxili hissəsinin geniş olmamasıdır, cihazın qeyri-kafi qorunması (həm qırılmaya, həm də nəmə qarşı), qulplarının mövcud olmamasıdır.

    İstehsal materialları

    Neylon yüksək temperatur, kimyəvi maddələrə davamlıdır, yüngül çəki, elastiklik, davamlılığa malikdir, yuyula bilər, yanmır. Lakin gün işığına qarşı davamlı deyil, tez sürtülür və köhnəlir.

    Poliester elastik, möhkəm və davamlıdır. Bu material gün istisinə davamlıdır, tez quruyur və sürtülmür. Lakin tez yana bilər.

    Plastik suya davamlı səth, möhkəmlik, yüksək səviyyəli qorunmaya malikdir. İsti hava, zərbələrə davamlıdır. Mənfi cəhəti – ağır çəkisidir.

    Alüminium yüngül çəki, korroziyalara davamlılıq, möhkəmliyə malik materialdır. Təmir və boyanmaya ehtiyacı olmur, xarici görünüşünü itirmədən uzun müddət davamlı qalır. Mənfi cəhəti yüksək temperaturlara dözmür, tez isinir.

    Süni dəri bir çox növdə olur: adi növ, şaxta, tropik hava, alov, turşu, qələvi, su, yağ, piy, benzin, yüksək temperaturlar və səs-küyə davamlı, elektrik keçirici, antistatik. Mənfi cəhəti – uzun müddət davamlı qalmır.

    Təbii dəri hava keçirir, nəm və soyuğa davamlıdır. Mənfi cəhəti xüsusi xidmətə ehtiyac olmasıdır. Əks halda xarici görünüşünü tez itirir. Baxım üçün xüsusi təmizlənmə və yumşaldıcı kremdən istifadə etmək lazımdır.

    Maxi.az-da alış

    Maxi.az internet mağazasında istənilən növ noutbuk çantasını seçib, asanlıqla və ən münasib qiymətə sifariş edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Noutbuk üçün çantaları həmçinin Maxi.az mağazalarından da əldə edə bilərsiniz.

    btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml