Siçan | Kompüter siçanlarının Bakıda satışı | qiymətlər və rəylər MAXI.AZ-da

Kompüter siçanları Bu kateqoriyada hal hazırda 99 məhsul var

Kompüter siçanı köməkliyi ilə istənilən məlumatları kompüterə ötürmək və onu idarə etmək imkanını əldə edirik. Kursor siçan vasitəsilə idarə olunur və əməliyyat komandalarını verir.

Kompüter siçanlarının növləri

Mexanik siçanlar

Bu növ ilk kompüter siçanı növüdür. Mexanik siçanların konstruksiyasına masa və ya siçan xalçası üzərində sürüşən rezin top daxildir. Top rolikləri hərəkətə gətirir, roliklər öz növbəsində hərəkəti xüsusi sensorlara ötürür. Sensorlar hərəkəti davam etdirir, siqnalı kompüterə ötürür və, nəhayət, kursor ekranda əmələ gəlir. Bu tip siçanın mənfi cəhəti ondan ibarətdir ki, rezinləşdirilmiş top tezliklə çirklənir və dəqiqliyini itirir, nəticədə masa üstündə yaxşı hərəkət etmir.

Giroskopik siçanlar

Bu növdə ən əsas giroskopik sensordur. Giroskopik siçanla işləyərkən masaya və ya başqa səthə ehtiyac yoxdur, sensor havada siçan hərəkətlərinə reaksiya verir. Giroskopik siçanlar naqilsizdir.

Sensor siçanlar

Magic Mouse sensor siçanları heç bir düymə və ya digər xırda detallar ilə təchiz edilmir. Cihazların əsas nüansı – sensor örtüyüdür. Sensor siçanlar əl hərəkətləri ilə idarə olunurlar.

İnduksiya siçanları

Bu növ siçan ilə işləyərkən qrafik planşetin iş prinsipi üzrə işləyən xüsusi xalçaya ehtiyac var.

Optik lazer siçanı

Bu növ siçan səthi skan etmək üçün lazerdən istifadə edir, bütün məlumatlar dəqiqliklə oxunur. Siçan istənilən səth üzərində işləyə bilər, hətta şüşə və ya güzgü üzərində.

Trekbol-siçan

Trekbol-siçan adi kompüter siçanına bənzəyir, lakin çevrilmiş vəziyyətdə. Cihazda xüsusi top – trekbol istifadə edilir. Trekbol siçanın yuxarı və ya yan hissəsində yerləşir, əl və ya barmaqların köməkliyi ilə hərəkətə gətirilir, siçan isə hərəkət etmir.

Maxi.az-da alış – hər zaman rahat, münasib və sürətli

Azərbaycanda ən populyar internet-mağaza olan Maxi.az-da “Rəqəmsal texnika” bölməsində istənilən kompüter siçanını seçib, ən münasib qiymətə sifariş edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. İstədiyiniz modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml