Laminasiya üçün: MAXI.AZ internet mağazasından almaq

Laminasiya üçün Bu kateqoriyada hal hazırda 8 məhsul var

Laminatorlar

Laminator nə cür cihazdır? Nə üçün istifadə edilir və əsas xüsusiyyətləri nədən ibarətdir?

Laminatorların köməkliyi ilə sənədlər onları üzün müddət zədələrdən qoruyan şəffaf plastik plyonka ilə örtülür. Bundan əlavə, laminasiya edilmiş sənədlər xoş xarici görünüş, parlaqlıq və kontrastlığa malik olur.

Daimi sənəd axını olan bir çox ofislərdə laminasiya zəruri bir prosesdir. Satışda müxtəlif qiymət kateqoriyalarına aid laminatorlar mövcuddur. Hətta ev şəraitində istifadə üçün nəzərdə tutulan modelləri də əldə etmək olar.  

Düzgün laminatoru necə seçmək olar

İlk öncə qeyd etmək lazımdır ki, laminasiya prosesi üçün 2 növ cihazlar mövcuddur: rulonlu və paketli. Bundan əlavə, cihazların soyuq və isti laminasiya prosesləri seçilir. Əl ilə idarə edilən rulon laminatorları printerlər və çap mərkəzləri üçün uyğundur.

Paket laminatorları

Paket laminatorları vizit kartları, A3 və digər snatdart sənəd formatlarının plyonka ilə örtülməsi üçün uyğundur. A5 və A6 formatlı cihazlar keçid kartları, sinə nişanlarını emal etmək üçündür. Həmçinin folqa ştamplama edə bilən cihazlar da var.

Paket laminatorları münasib qiymət, sadə istifadəsi ilə seçilir. Bu növ cihazları hər kəs idarə edə bilər. Qaynar səthlər və ya qızdırılan rulonlar belə aparatlarda qızdırıcı alətdir. Bu növ laminatorlarda laminasiya prosesininin sürətini tənzimləmək, rulonun temperaturunu təyin etmək, revers funksiyasından istifadə etmək mümkündür. Cihazlar çox məhsuldar və etibarlıdır.

Paket laminatorlarında revers kimi çox faydalı funksiya dəstəklənir. A3 və ya A4 formatında laminasiya prosesi başlandıqda bəzən ola bilər ki, laminasiya edilən sənəd fırlanıb dolaşsın. Bu halda sənədin təcili çıxarılması tələb olunur və çıxarıldıqda laminator sına bilər. Məhz belə hallar üçün revers funksiyası kömək edir – revers düyməsini sıxan kimi sənəd geri qayıdır və zədələnmir. 

Geniş formatlı rulon laminatorları

Peşəkar mətbəələrdə, çap və surət çıxarma mərkəzlərində rulon laminatorlarından istifadə olunur. Bu növ sənaye cihazlarının köməkliyi ilə A3 və ondan da böyük formatlarda sənədlər işlənir. Rulon laminatorları ikitərəfli laminasiya və folqa ştamplama edə bilər. İstifadə olunan materiallar isə münasib qiymətədir.

Fellowes laminatorları

Fellowes cihazları paket laminatorlarına aiddir. Burada istifadə olunan plyonka sənədlərin laminasiya dərəcəsindən asılı olaraq, müxtəlif qalınlıqlarda ola bilər. Fellowes brendi 5 növ qalınlıqda olan plyonkaları istehsal edir: 80-dən 250 mkm qədər.

RecoLam laminatorları

Satışda RecoLam brendindən 4 model laminatorlar mövcuddur: RecoLam 112, RecoLam 326, RecoLam 321 və RecoLam 231. RecoLam 112 üçün ən böyük laminasiya formatı A5 ola bilər, plyonka qalınlığı 75-dən 125 mikrona qədər dəyişə bilər. RecoLam 326, 321 və 231 250mikrona qədər qalınlığı dəstəkləyir və A3 formata qədər emal edir.

Azərbaycanda harada laminator almaq daha sərfəlidir?

Maxi.az-da alış – hər zaman yüksək keyfiyyət, geniş çeşid və optimal qiymətlər deməkdir!

İstənilən laminator modelini Maxi.az internet mağazasında seçib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml