【Veb kameralar】Bakıda satışı | MAXI.AZ

Veb kameralar Bu kateqoriyada hal hazırda 1 məhsul var

Veb-kamera görüntünü seyr etmək və real vaxtda ünsiyyətdə olmağa kömək edən cihazdır. Burada ən əsas işığı siqnallara çevirən işığa həssas sensordur. Siqnallar növbəti elektron mərhələyə keçir. Yarımkeçirici materiallarda CCD və CMOS sensorlarında parlaq işığın təsiri altında enerji daşıyıcıları formalaşır və daha sonra cərəyana çevrilir.

Veb-kameranın iş prosesi rəqəmsal kamera və ya fotoaparatı təxminən xatırladır. Mexanizmdə optik obyektiv və analoqdan rəqəmsala çevirici (ARÇ) mövcuddur. O, elektrik cərəyanı rəqəmsal koda çevirir.

Veb-kamera növləri

Həvəskar kameralar

Həvəskar veb-kameralar video ünsiyyət, videokonfranslar üçün əldə edilir. Videoçəkilişlər və hətta fotoşəkillər çəkməyə imkan verir. Bu cür cihazlar münasib qiymətə olur və sadə istifadəsi ilə fərqlənirlər.

Peşəkar kameralar

Mağazalar, ofislər və digər yerlərin video-izlənilməsi üçün daha çox peşəkar veb-kameralar uyğundur. IP-kamera köməkliyi ilə videoçəkiliş, rəqəmsallaşdırılma, sıxılma və görüntünün göndərilməsi həyata keçirilir. Şəbəkə kamerası vebserver kimi işləyir, və ona da fərdi İP-ünvan məxsus olur. Kamera köməkçi cihazlar olmadan, özü şəbəkəyə qoşulur və beləliklə canlı görüntü və səs əldə edilir.

Veb-kameranı necə seçmək olar

Matris növü üzrə

Bu nüans biznes məqsədləri üçün veb-kamera seçmək zərurəti yarandıqda vacibdir. Matrisin istehsalında münasib qiymətə materiallardan istifadə olunur, matris aşağı enerji sərfiyyatına malikdir. Daha rahat istifadəsi bütün lazımlı texniki xüsusiyyətlərə malikdir.

Daha bir matris növü - CCD. Videogörüntünün daha yüksək keyfiyyəti üçün məhz bu növə üstünlük verilir, təbii ki, qiyməti də daha yüksəkdir.

Kadrların saniyədə tezliyi

Çoxsaylı kadrların ötürülməsi zamanı daha keyfiyyətli videoünsiyyət alınır. Ən optimal göstərici 30 k/s təşkil etməlidir.

Görüntü imkanları

Alıcılar arasında VGA format ən optimal və populyardır. Onun imkanları 640х480 piksel təşkil edir, 0,3 Mp. Bu kameralar adi ev şəraitində internet-ünsiyyət üçün tövsiyə edilir.

Linzalar

Linzaların növləri üzrə kameralar iki cür olur – plastik və şüşə linzalı.

Plastik linza ucuz həvəskar veb-kameralarda istifadə olunur. Müvafiq olaraq, onun vasitəsilə şəkil qeyri-təbii rənglərlə ötürülür. Şüşə linza ilə hər şey tam əksinə - liznalar daha təbii rəngləri göstərir.

Matrisin həssaslığı

Bu parametr veb-kameranın optimal səviyyədə şəkil ötürə bilməsi üçün lazım olan işıqlandırma dərəcəsinə aiddir. Bu nüans lüks ilə ölçülür (lux).

Mikrofon

Veb-kamera üçün ən vacib məqamlardan biri quraşdırılmış mikrofondur.

Bərkidilməsi

Kompüterə bərkidilməsinin mümkünlüyü kamera seçiində çox mühüm bir şərtdir. Bərkidilmə olmadıqda əldə etmək tövsiyə olunmur.

Fokuslanma

Fokuslanma şəklin aydın görünməsi üçün vacibdir. Bu prinsipə əsasən veb-kameralar görüntünün əl ilə və avtomatlaşdırılmış fokuslanma növlərinə bölünür.

Fotoçəkiliş imkanı

Veb-kameraları əksəriyyəti fotoçəkiliş imkanına malikdir.

Maxi.az-da alış – sürətli, rahat və münasib

Maxi.az internet mağazasında “Rəqəmsal texnika” bölməsində istənilən növ veb-kameranı ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml