Sony televizorların Azərbaycanda, Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Televizorlar Bu kateqoriyada hal hazırda 14 məhsul var

Sony televizorları

Artıq uzun müddətdir ki, Sony brendi müxtəlif texnikanı, o cümlədən keyfiyyətli televizorları istehsal edən yapon şirkətidir. Bu məqalə məhz Sony TV barədədir.

Sony televizorları yüksək keyfiyyət, aydın görüntü, davamlılığı ilə fərqlənir. Evdə Sony-dən LED TV varsa - ev sahiblərinin səviyyəsi və tərzi barədə yüksək göstəricidir.  

OLED ekranlı TV Sony dərin qara və açıq rənglərin bütün çalarlarını daha da cəlbedici və parlaq edir. Burada onlara bir-birindən asılı olmayaraq hərəkət edən işıqlı piksellər kömək edir. Cognitive Processor XR texnologiyası (milliard rəng və çalarları əks etdirir), və həmçinin unikal panel idarəetmə texnologiyası rəng keyfiyyətini və görüntü kontrastlığını artırır, beləliklə təsvir daha da realistik olur. OLED displeyi olan televizorda aydın, rəngli və detallı görüntü ilə film izləmək çox xoşdur.

Sony OLED televizorlarında Acoustic Surface Audio+ akustik texnologiyası sayəsidə səs ekrandan uzağa yayılır. Nəticədə seyredicinin eşitdiyi səs təsvirə tam uyğun gəlir, yəni izləmə daha da real olur.

Sony LED TV-lərdə işıqlandırma sayəsində rəngarəng səhnələr işıqlı otaqlarda belə keyfiyyətini itirmir.  

Mini LED

Sony Mini LED televizorları yaxşı kontrastlığa malikdir, ekran üzərində parıltı olmur. Bu effekt işıqlandırmanın idarəetməsi nəticəsində təmin olunur. Mini LED modellərində led işıqlar digər TV-lərdən fərqli olaraq, dəfələrlə kiçik və dolğun olur. SonyX R Backlight Master Drive texnologiyası ilə idarə edilirlər.

Tam birbaşa işıqlandırma

Full Array LED – tam birbaşa işıqlandırma texnologiyasıdır. LED işıqlar bütün ekran səthində yerləşdirilmişdir, nəticədə parlaqlıq, rəng ötürülməsi böyük dəqiqliklə tənzimlənir. İşıq ekranın yalnız lazımlı yerlərinə düşür.  

XR Contrast Booster texnologiyası parlaqlığı tənzimləyir, ekranın müxtəlif hissələrini qaralda və ya parlaqlaşdıra bilər. Beləliklə, görüntü daha da canlı və detallı alınır.

Sony Bravia (Best Resolution Audio Visual Integrated Architecture) XR televizorlarına xüsusi diqqət yetirməyə dəyər. Bu seriyadan olan televizorlar güclü XR prosesoru ilə təchiz edilir.

Flaqman modeli - Sony 55А95К

XR-55A95K modeli QD-OLED ekranı ilə təchiz edilmişdir. Bu texnologiya kvant nöqtələrində rəngin və OLED panellərin kontrastlığını idarə edir. Cihazın əsas üstünlükləri: yüksək keyfiyyətli təsvir, təmiz və dəqiq rənglər, yüksək parlaqlıq (1000 kd/m2), rahat idarəetmə pultu, sürətli qoşulma, görüntü ilə 100% uyğunlaşan keyfiyyətli səs.

Gözəl OLED-paneli olan Sony Bravia XR-65A90J

Bu model bir çox üstünlüyə malikdir: keyfiyyətli audio və video, güclü və məhsuldar prosesor, dəqiq rəng ötürülməsi, erqonomik idarəetmə pultu.

Sony XR-65A80J

Sony XR-65A80J modeli OLED seriyasından ən münasib televizordur. Cihazlar yaxşı kontrastlıq, dərin qara çalarlar və əlbəttə ki, 4K UHD malikdir. Üstünlükləri arasında həmçinin Acoustic Surface səs sistemini və tənzimlənən ayaqlarını qeyd etmək olar.

Sony 48A90K

Bu model 48 düym diaqonala malik OLED ekran ilə təchiz edilmişdir. Televizor istənilən interyerə uyğun olan dəbli dizaynda istehsal olunmuşdur. Etibarlı dayaq olaraq yastı stendi var. Digər üstün cəhətlərini də qeyd etmək olar: DTS ilə uyğunlaşma, mikrofonlu, işıqlandırmalı və axtarış siqnallı pult, enerji effektivliyi.

Maxi.az-da alış

Sony televizorunu harada sərfəli qiymətə əldə etmək olar?

Sony televizorlarını Maxi.az internet mağazasında ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Sony televizorlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.    

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml