LG LHD457 – keyfiyyətli və təmiz səsi, yumşaq bası olan ev kinoteatrıdır. Həm maraqlı film izləmək, həm də karaoke üçün yararlıdır. Mikrofonu qoşun – şənlik başlasın!
Dinamiklər yüksək keyfiyyətli səsə malikdir - ən aşağıdan ən yüksəyə qədər bütün çalarlar aydın eşidilir. Filmləri izləmək ayrıca bir keyf verir, çünki bu cür səs ilə izləmə təəssüratları tam başqa olur.
Ev kinoteatrı ekranda baş verənlərə tam dalma hissi ilə təmin edir, sevimli filmləri izləyərkən möhtəşəm emosiyalar bəxş edəcək. LG LHD457 modeli bir çox faydalı funksiyalara malikdir. LG ev kinoteatrı istənilən mənzili daha da rahat, müasir və erqonomik edir.
Ev kinoteatrı LG LHD457 eleqant qara rəngdə istehsal edilir, korpusunun materialı keyfiyyətli plastikdir. Hər bir detalında incə cizgilər saxlanılır. Dörd ədəd yerüstü səsgücləndirici sabit dayanmalarını təmin edən xüsusi stend ilə təchiz edilmişdir. Yuxarı hissələrində güclü dinamiklər quraşdırılmışdır, xarici zədələnmələrdən xüsusi qara metal tor ilə qorunur.
Səsgücləndiricilər ilə birlikdə dəstə sabvufer, idarəetmdə bloku və Uİ (uzaqdan idarəetmə) pultu daxildir.
LG LHD457 ev kinoteatrının minimalistik və incə dizaynı cihazı hər bir interyerə uyğunlaşdırmaq imkanı verir.
LG LHD457 ev kinoteatrı sevimli filmlərə, proqramlara baxmaq və musiqi dinləmək kimi ən xoş təəssüratları təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu vəzifəni yerinə yetirmək üçün LG tərtibatçıları sistemə bir çox texniki yenilik daxil etmişlər. Onların sayəsində CD və ya USB köməkliyi ilə musiqi ötürülməsi mümkün olmuşdur.
Film izləyərkən tamaşaçının parlaq və heyrətamiz dərəcədə real şəkilə dalması üçün LG ev kinoteatrı MVC və TS dəstəkləyir. Ümumi gücü 330 Vt olan dinamiklər 5.1 sxemi üzrə işləyir. Ev kinoteatrı bir neçə formatları da dəstəkləyir: Dolby Digital, Dolby Prologic. Bu, istənilən səviyyədə yüksək keyfiyyətli səsi təmin edir.
LG LHD457 modelinin daha rahat şəkildə idarə olunması üçün Bluetooth nəzərdə tutulmuşdur. Bu funksiyanın köməkliyi ilə smartfondan musiqi və digər audio fayllar ötürülür, həmçinin lazımi ayarlar da aktiv edilir. Bunlardan əlavə FM-tüner dəstəklənir.
Səs-küylü şənlikləri sevənlər üçün ev kinoteatrı karaoke rejimini dəstəkləyir. Qonaqları solo və ya duetdə sevimli kompozisiyaları oxumaqla heyran etmək olar.
Private Sound opsiyası maraqlı filmi izləməkdən imtina etmədən, evdə sakitlik və səssizliyi təmin edir. Bu funksiya köməkliyi ilə musiqi və danışıq smartfondan Wi-Fi vasitəsilə ötürülür. Qulaqlıqları mobil cihaza qoşduqda yüksək keyfiyyətli səsdən həzz almaq olar.
Maxi.az onlayn mağazasında LG LHD457 ev kinoteatrını çox münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və yaxud taskit ilə ödənişlər mümkündür. Bir neçə növ ödəniş və çatdırılma üsullarından sizə ən uyğun olanı seçin. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa, satış məsləhətçimiz sizə mütləq köməklik göstərəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz.