Mikrofonlar: Bakıda kreditlə satışı - MAXI.AZ

Mikrofonlar Bu kateqoriyada hal hazırda 33 məhsul var

Akustik titrəyişi elektrik siqnalına çevirən, daha sonra təkmilləşdirərək gücləndirən cihaz - mikrofon adlanır.

Mikrofonlar necə olur?

İş prinsipi, həssaslıq, qabaritləri ilə fərqlənən bu qurğuların böyük müxtəlifliyi mövcuddur. Ümumilikdə növbəti kateqoriyaları ayırmaq olar:
  • dinamik;
  • studiya üçün;
  • səhnə üçün;
  • ölçü;
  • kapsullu;
  • radio qarniturlarda istifadə üçün;
  • xüsusi təyinat: larinqofonlar, gidrofonlar və s.
Qeyri peşəkar olan adi istifadəçilər arasında ən çox dinamik modellər yayılmışdır. Onlar məişətdə, səhnə meydançalarında, həvəskar səsyazma studiyalarında, karaoke-barlarda istifadə olunur. İş prinsipi üzrə onlar lentli və çarxlı mikrofonlara bölünürlər. Birincilər daha peşəkardırlar, yazılma keyfiyyəti yuxarı olsa da, bir qədər problemlidirlər. Membran qismində alümindən hazırlanmış incə lent istifadə olunur, belə modellər studiya yazısı üçün yararlıdır. İkincilər daha sadədir, etibarlıdır, lakin yazılma keyfiyyəti də yüksək deyildir, bu modellər daha çox evdə itifadə üçündür. Səs dinamik dalğa şəklində diafraqmaya daxil olur, o bu titrəyişi nazık metal simdən hazırlanan xüsusi çarxa göndərir. Maqnit sahəsinin təsiri altında çarx səs siqnalına çevrilərək elektrik impulsu yaradır. Dinamik mikrofonlar alıcılar arasında öz sərfəli qiymətinə, yüksək etibarlılığına, işləmə qabiliyyətinə, xarici təsirlərə davamlılığı və sadəliyinə görə məşhurdur. Qalan cihazlar daha bahalı, spesifikdirlər, peşəkarların sıx dairəsində və istehsalda istifadə olunurlar.

Keyfiyyətli mikrofon və digər aksessuarları haradan almaq olar?

Maxi.az internet mağazası sərfəli qiymətə zəmanətli audio və video texnikanın satışını həyata keçirir. Zəruri olduqda isə məhsulların çatdırılması bütün Azərbaycan üzrə həyata keçirilir.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml