Smartfon Xiaomi Redmi Note 8 Pro 6GB/128GB ən son dəbə uyğun olan müasir dizayna malik bir modeldir. Korpusu hər iki tərəfdən metal çərçivəli şüşə panellər ilə örtülmüşdür. Hər iki şüşənin materialı - Corning Gorilla Glass 5. Kameralar bloku cihazın mərkəzi hissəsində quraşdırılmışdır.
Redmi Note 8 Pro ekranı ən yüksək səviyyəli – 500 Nit parlaqlığa malikdir. Beləliklə, həm küçədə, həm ev şəraitində telefondan istifadə eyni dərəcədə rahat olacaq. Ekran xoş rəng reproduksiyasına malikdir və ayarlarda rəng tonunu tənzimləmək mümkündür. Redmi Note 8 Pro ekran diaqonalı 6,53" təşkil edir.
Smartfonun akkumulyator həcmi 4500 mAs təşkil edir. Belə batareya sayəsində hətta intensiv işlətdikdə belə smartfon 1-1,5 gün ərzində davamlı işləyəcək. Dəstə Quick Charge 3.0 texnologiyalı şarj cihazı daxildir, gücü 18 Vt təşkil edir. 1 saat 50 dəqiqə ərzində aparat 100 % enerji toplayır.
Yuxarıda qeyd olunduğu kimi, kamera bloku cihazın mərkəzində yerləşir və əsas modul 64Mp, 8Mp ultragenişbucaqlı modul və portret rejimi üçün dərinliyi təyin edən 2Mp makro çəkiliş kameralarından ibarətdir. Gün işığında kamera obyektlərə tez və dəqiq fokuslanaraq aydın şəkillər çəkir. 4-ü 1-də Super Pixel texnologiyası daha mükəmməl nəticə əldə etməyə imkan verir – 4 piksel birinə birləşərək birlikdə 64Mp yerinə 16Mp foto çəkir və şəkil daha aydın alınır.
Barmaq izi skaneri kameralar altında yerləşir. Skaner yüksək tanınma dəqiqliyinə və sürətinə malikdir. Qulaqlıqlar üçün 3,5 mm standart çıxış və type C mövcuddur. Sim kartlar üçün kombinə edilmiş slot 2 sim kart və ya bir sim kart və bir micro SD yerləşdirməyə imkan verir.
Smartfon Android 9-a əsaslanan MIUI 11.0.2.0-da işləyir və yeni qrafik interfeysə malikdir: yeni animasiyalı işarələr, yeni ayarlar, tünd rejim və bir çox digər yeniliklər. Həmçinin Redmi Note 8 Pro modeli NFC modulu ilə təchiz edilmişdir. Prosesor olaraq ən yeni Helio G90T istifadə olunmuşdur.
Xiaomi Redmi Note 8 Pro 6GB/128GB White (ağ) modelini Maxi.az internet-mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik nağd, kredit və ya faizsiz taksit ödəniş növlərindən birini - sizin üçün ən uyğun və rahat olanı seçin. Sifarişlə bağlı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi mütləq kömək edəcəkdir. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.