Bazarın büdcəli seqmenti müxtəlif istehsalçıların çoxsaylı smartfonlar və onların versiyaları ilə dolmuşdur. Xiaomi Note 8 – onların ən uğurlu variantlarından biridir.
Əsas xüsusiyyətləri ilə sizi tanış edək
Redmi Note 8 fenomenal displeyə malikdir – parlaq və kontrastlı, keyfiyyətli rənglər, Corning Gorilla Glass qoruyucu üzlük mövcuddur. Ekran ölçüləri – 6,3 düym. Avtomatik tənzimlənmə qoşulmuş olduqda, işıqlandırmanın yüksək parlaqlığı sayəsində telefon açıq havada da yaxşı oxunur. Hətta günəşli havada belə ekran məzmunu kifayət qədər aydın görünür.
Maraqlı nüanslardan biri də - arxa tərəfdə kvadrokameranın mövcudluğudur. Əsas kamera – 48Mp, onu müşayiət edən isə geniş bucaqlı və makro lensli sensorlar, həmçinin sahə dərinliyinin tanınması üçün əlavə sensor var. Adreno 610 quraşdırılmış qrafikalı Qualcomm Snapdragon 665 çipseti smartfonun ürəyi sayılır.
Smartfon 2 ayrı Sim-kart slotları və 1 yaddaş kartı slotu ilə təchiz edilmişdir. Beləliklə, istifadəçilər ikinci nömrə və yaddaşın genişlənməsi arasında seçim etməli olmayacaqlar.
Redmi Note 8 modelinin proqram təchizatı - MİUİ 10.
Smartfonda Cat LTE modemi quraşdırılmışdır, LTE hər iki Sim-kart üçün açıqdır.
Xiaomi Note 8-də NFC modulu yoxdur.
Redmi Note 8 modelində dörd kameralı əsas modul quraşdırılmışdır, və həmçinin ön kamerası da mövcuddur. 13Mp ön kamera keyfiyyətli fotolar çəkmək imkanına malikdir. Sosial şəbəkələrdə yerləşdirmək üçün kifayət qədər keyfiyyətli selfi-şəkillər əldə edilir.
Giriş və idarəetmə üçün smartfonun arxa tərəfində yerləşən barmaq izi skaneri mövcuddur. Üz tanınması funksiyası da var.
Smartfon 4000 mAs həcmli batareya ilə təchiz edilmişdir, dəstə 18Vt sürətli enerji yükləmə cihazı da daxildir. Enerji istehlakı rəqiblər və öz sinfinə aid digər modellər ilə müqayisədə seçilmir. Cihaz video oynanılması rejimində 9 saat, oyunlar rejimində isə 6 saat fasiləsiz işləyir.
Xiaomi Redmi Note 8 4Gb/64Gb Space Black (qara) rəngdə smartfonu Maxi.az internet-mağazasında münasib qiymətə əldə edə bilərsiniz. Ödəniş üsulları: birdəfəlik və ya kredit yaxud taksit ilə. Sizə ən uyğun ödənişi seçin. Sifariz etdikdə hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik göstərəcəkdir. Bu modeli mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.