Xiaomi Redmi Note 10 Pro – Xiaomi brendindən ən yenilikci flaqman modellərindən biridir.
Redmi Note 10 Pro modeli müasir kameralar bloku ilə təchiz edilmişdir. Kameralar pilləli formada smartfonun arxa panelində yerləşir. Telefonun ön və arxa panelləri Gorilla Glass 5 şüşəsindən istehsal edilmişdir.
Smartfonun qiymətinə təsir edən əsas məqam - onun ekranıdır. Redmi Note 10 Pro flaqmanı DCI-P3, HDR10 rəng diapazonlu AMOLED ekran ilə təchiz edilmişdir. Always-On Display funksiyası da mövcuddur. Saat növünü seçmək, şəkillər və digər lazımlı məlumatları ekrana çıxarmaq olar.
Redmi Note 10 Pro Snapdragon 732G prosesoru ilə işləyir. Bu çipsetin gücü istənilən oyun və vəzifələr üçün yetərlidir.
Telefon 8 Gb operativ və 128 Gb quraşdırılmış yaddaş həcminə malikdir.
Redmi Note 10 Pro modeli 5000 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. İntensiv rejimdə (məsələn, fasiləsiz video izlədikdə) smartfon enerji yükləmədən 18 saata qədər işləyir. Cəmi yarım saat ərzində adapter 60 % enerji toplayır. Bu o deməkdir ki, sürətli enerji yüklənməsi dəstəklənir. Tam enerji toplanmasına 80 dəqiqə tələb olunur.
Smartfonun əsas üstünlüklərindən biri əlbəttə ki, 108 Mp imkanlı əsas kamerasıdır. Eyni anda ön və əsas kameralar çəkiliş etmək mümkündür, gecə vaxtı isə “Gecə rejimi 2.0” istifadə edilir.
Xiaomi Redmi Note 10 Pro 8GB 128GB Gray (boz) modelini Maxi.az internet-mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.