Xiaomi Redmi 9C – brendin münasib qiyməti olan və parametrləri üzrə cəlb edən büdcəli smartfonlarından biridir.
Smarfonun korpusu və kənarları mat plastikdən istehsal edilmişdir, arxa panel teksturalıdır, üzərində barmaq izi skaneri, 2 görüntü göstəricisi və LED işıqlandırmalı əsas kamerası mövcuddur. Həmçinin Face Unlock funksiyası var – bircə baxışınız ilə telefonun kilidini aça bilərsiniz. Xiaomi Redmi 9C modelində microUSB çıxışı var.
Xiaomi Redmi 9C ölçüləri - 164,9x77,07x9 mm. Ekran diaqonalı – 6,53 düym təşkil edir.
Redmi 9C-in xoş üstünlüyü – 2 SİM-kart və 1 microSD üçün ayrı slotlar mövcuddur. Xiaomi Redmi 9C modelində idarəetmə sistemi: naviqasiya düymələri virtualdır və korpusda yalnız qoşulma və səs tənzimlənməsi düymələri var.
Smartfonun ekranı üzərində kontrastlıq, kəskinlik və aydınlıq yüksək səviyyədədir. Tünd rejim və göy rəngin filtrasiyası mövcuddur, bunun sayəsində məzmunu qaranlıq şəraitdə də oxumaq mümkündür.
Smartfon MediaTek çipi ilə işləyir. Təklif olunan cihaz platforması, 2.3 GHz tezliyi olan səkkiz nüvədən ibarətdir. Qrafik çip - PowerVR 8320. Ümumiliklə Helio G35 büdcə platforması ölçüləri üzrə telefon kifayət qədər yaxşı iş performansı göstərir.
Redmi 9C əsas tədbiqləri asanlıqla açır və bütün əsas vəzifələrinin öhdəsindən gəlir.
Smartfonda 3Gb operativ və 64Gb quraşdırılmış yaddaş mövcuddur.
Redmi 9C modelinin əsas elementi – ikili 13Mp kamerasıdır. İkinci 2 Mp-lik sensor kəskinlik dərinliyini ölçür və proqramlı boke çəkməyə kömək edir. 2 Mp makroçəkiliş modulu mövcuddur. Xiaomi Redmi 9C ön kamerası 5Mp-dir.
Gündüz vaxtı fotoşəkillər keyfiyyətli rəng, kontrastlıq və aydın görüntü təqdim edirlər.
Redmi 9C kamerası smartfonun nə çox güclü nə də çox zəif tərəfidir, lakin ümumiliklə demək olar ki, vəzifələrini yerinə yetirir və büdcəni tamamilə əsaslandırır.
Xiaomi Redmi 9C həcmli akkumulyatora malikdir – 5000 mAs batareyası uzun müddət davamlı qalır.
Bu cür akkumulyator sayəsində, orta istifadə ilə, enerji həcmi üç gün davam edəcək.
Daha bir xüsusiyyəti – onu digər “büdcəli” telefonların fonunda fərqləndirən NFC çipidir.
Redmi 9C, qiymət seqmentində keyfiyyətli, praktik bir smartfon və layiqli bir alış olaraq çıxış edir. Adi istifadəçilər üçün sadə və davamlı bir telefondur.
Xiaomi Redmi 9C 3Gb/64Gb Grey (boz) smartfonunu Maxi.az internet-mağazasında asanlıqla əldə edə bilərsiniz. Çox münasib qiymətə, birdəfəlik və ya kredit yaxud taksit üsulu ilə ödəniş edin. Bir neçə növ ödəniş və çatdırılma variantlarından özünüzə ən uyğun olanı seçin, biz isə tezliklə çatdıraq. Sifariş zamanı hər hansı bir çətinlik olarsa, mütəxəssisimiz sizə köməklik göstərər. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az dükanlar şəbəkəsindən də əldə edə bilərsiniz.