Xiaomi POCO M4 Pro 5G 4GB modeli Power Yellow (sarı) rəngində isteshal edilmişdir, korpusun üzərində loqotip əks olunmuşdur. Mat səthli arxa panel sayəsində telefon əldə rahat saxlanılır və barmaq izləri qalmır.
Model 6,6 düym diaqonallı ekran ilə təchiz edilmişdir. POCO M4 displeyi Corning Gorilla Glass 3 qoruyucu şüşə ilə örtülmüşdür.
Smartfonun quraşdırılımış yaddaş həcmi 64 Gb təşkil edir, microSD köməkliyi ilə genişləndirmək mümkündür.
Xiaomi POCO M4 Pro MUI 12.5 örtüklü Android 11 sistemində işləyir. Poco M4 Pro 5G bütün standart mobil şəbəkələri, o cümlədən Bluetooth 5.1, NFC, Wi-Fi 5 və 5G Sub6 dəstəkləyir.
Poco M4 Pro telefonunun kamera bloku yeni dizaynda tərtib olunmuşdur. Bu cür dizayn modeli digər Xiaomi smartfonları arasında fərqləndirir. Blok 50Mp əsas və 8Mp genişbucaqlı kameralardan ibarətdir. Ön kamera 1080r və 30 k/s tezlikli video çəkiliş edir. Keyfiyyətli və sosial şəbəkələrdə yerləşdirmək üçün uyğun fotolar alınır.
50 Mp əsas kamera kadrın müxtəlif nisbətlərində çəkilişləri dəstəkləyir, fotolar çox keyfiyyətli alınır. Kamera 10 qat rəqəmsal zumu dəstəkləyir. Ultra-genişbucaqlı kamera həmçinin çox keyfiyyətlə işləyir, fotolar həcmli alınır.
Poco M4 Pro 5G modelinin sensorlu ekranı 240Hz sürəti ilə eyni zamanda 10 toxunuşa reaksiya verir. Mətn yazmaq üçün Google-dan Gboard klaviaturundan istifadə edilir. İstədikdə, digər klaviatura da dəyişmək olar.
Barmaq izi skaneri korpusun yan tərəfində qoşulma düyməsinə quraşdırılmışdır. Skaner sürətlə və dəqiqliklə işləyir. Bundan əlavə, smartfon üz tanınması funksiyasına da malikdir.
Xiaomi Poco M4 Pro 5G modeli MediaTek Dimensity 810 çipseti ilə təchiz edilmişdir, sayəsində cihazın performansı çox artır.
Smartfon 5000 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Tam enerji toplaması üçün 68 dəqiqə tələb olunur. Dəstinə 33 Vt sarj cihazı daxildir. Naqilsiz enerji toplama dəstəklənmir.
Xiaomi POCO M4 Pro 5G 4GB 64GB Yellow (sarı) modelini əldə etmək arzusundasınız? O halda hər şey çox asan! Sadəcə Maxi.az saytına daxil olun və smartfonu ən optimal qiymətə əldə edin. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.