Xiaomi brendinə məxsus Mi 11 Lite 5G modeli məxməri mat səthə malikdir, hansı ki, korpus üzərində barmaq izlərinin qalmasına imkan vermir. Ekran Corning Gorilla Glass 6 şüşəsi ilə örtülmüşdür. Enerji toplama konnektoru və 2 nano-SIM slotu alt bucaq hissəsində yerləşir. Bütün idarəetmə elementləri isə smartfonun sağ tərəfindədir – səs tənzimlənməsi, qoşulma və eyni zamanda barmaq izi skaneri düyməsi.
Mi 11 Lite 5G smartfonunun AMOLED ekranı kifayət qədər böyükdür – diaqonalı 6,5 düym təşkil edir. Ekran 1 milyard rəng çalarlarını əhatə edir, imkanları 1080 x 2400 piksel təşkil edir.
Xiaomi MI 11 Lite 5G Snapdragon 780G çipseti ilə işləyir. Yüksək məhsuldarlıq parlaq ekran ilə birlikdə istənilən oyunları və proqramları tam rahatlıqla idarə etməyə imkan verir. Həmçinin telefonun sürətli operativ yaddaşı və məlumat daşıyıcısı var. Beləliklə, tam əminliklə demək olar ki, Mi 11 Lite 5G keyfiyyətli flaqman göstəricilərinə malik olan bir modeldir.
3 kameradan ibarət olan sistem keyfiyyətli foto və video çəkməyə imkan verir:
Mi 11 Lite 5G modelinin makrokamerası keyifyyətli şəkillər çəkən və avtofokusa malik olan müstəqil moduldur. Kameradan hətta mini-mikroskop kimi də istifadə etmək olar.
Əsas kamera günorta vaxtı sabit yaxşı nəticə verir, bu da 64 MP obyektivə müvafiq cəhətdir. Genişbucaqlı kamera qeyri-standart kadrlar çəkməyə imkan verir. Həmçinin gecə çəkilişləri rejimi də mövcuddur. Bu funksiya sayəsində gecə vaxtı keyfiyyətli çəkilişlər alınır.
Smartfon 4250 mAh batareya və 33 Vt sürətli enerji doldurma ilə təchiz edilmişdir. Ehtiyatlı rejimdə istifadə edildikdə enerji 2 gündən artıq – 54 saat ərzində davam edir. Smartfonun tam doldurulmasına cəmi bir saatdan bir qədər çox vaxt tələb olunur.
Telefonun yaxşı səs həcmi ehtiyatı var, kənar səslər keyfiyyətli şəkildə aradan qaldırılır.
Alıcılarımızın bir çoxu Xiaomi flaqmanlarının pərəstişkarlarıdır. Xiaomi MI 11 Lite 5G NE 8GB 256GB Black (qara) modelini əldə etmək üçün Maxi.az saytına daxil olaraq ən münasib qiymətə sifariş etmək lap asandır. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.