Techno Camon 15 az tanınan smartfon modellərindən biridir. Smartfon 4 modullu kameralar bloku və güclü akkumulyator ilə fərqlənir. Diqqətə layiq daha bir üstünlüyü – 64Gb yaddaş həcmidir.
Techno Camon 15 çıxarılan elementləri mövcud olmayan bir telefondur. Rahat erqonomikaya malikdir, korpusu keyfiyyətli plastikdən istehsal edilmişdir. Cihazın ölçüləri 164,1 x 76,4 x 8,8 mm, çəkisi isə cəmi 196 qram təşkil edir.
Model HD+ imkanlı 6.6 düym diaqonalı olan ekran ilə təchiz edilmişdir. Tərəflər nisbəti 20:9, piksel imkanları isə 720 х 1600 təşkil etdi. İstənilən məzmunun daha rahat izlənilməsi üçün ekran çevrilməsi funksiyası mövcuddur. Ekran yaxınlıq sensoruna malikdir – qulağa yaxınlaşdıqda parlaqlığı azalır. Bu funksiya sayəsində enerjiyə əhəmiyyətli dərəcədə qənaət edilir.
Daha öncə qeyd olunduğu kimi, smartfonun ən əsas xüsusiyyətlərindən biri yaddaş həcmidir. Operativ yaddaşı 4Gb, quraşdırılmış yaddaş həcmi isə 64Gb təşkil edir. Yaddaş həcmini genişləndirmək üçün yaddaş kartı slotu da mövcuddur.
Smartfon səkkiz nüvəli Cortex-A53-dən ibarət Mediatek MT6762 Helio P22 çipseti ilə işləyir. Əməlliyyat sistemi - Android 10.0.
Telefon seçimində ən əsas məqamlardan biri kameralar blokudur. Techno Camon 15 modelində kameralar bloku beş moduldan ibarətdir. Kameralar aydın şəkillər çəkir, yaxşı fokuslanmaya malikdir. 48Mp əsas kamera üçölçülü şəkillər çəkməyə imkan verir. Flash işıq istənilən işıqlandırma şəraitində keyfiyyətli şəkillər çəkir. Digər modullar: iki 2 Mp və bir QVGA.
Techno Camon 15 telefonunda ön kamera 16Mp təşkil edir. Kamera video çəkilişləri mükəmməl səviyyədə edir.
Smartfon 5000 mAs həcmli Li-Po batareyası ilə təchiz edilmişdir. Bu cür akkumulyator uzun müddət şarj etmədən işlətməyə imkan verir. Ehtiyatlı istifadə zamanı telefon 2 gün ərzində enerji toplamadan fasiləsiz işləyə bilər.
Tecno Camon 15 4Gb/64Gb Dark Jade (tünd-göy) smartfon modelini Maxi.az onlayn mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.