Samsung Galaxy S20FE 6GB/128GB Green modelinin korpusu karbon lifi ilə gücləndirilmiş mat plastikdən istehsal edilmişdir. Bu cür korpus toxunuşda xoş təəssüratlar yaradır və əldən sürüşmür. Müsbət cəhətlərdən həmçinin əl izlərinin qalmamasını da qeyd etmək olar. Smartfonun ölçüləri 159.8 × 74.5 × 8.4 mm, çəkisi isə 190 qr təşkil edir. Ölçülərə baxmayaraq, telefon rahatlıqla əldə saxlanılır və heç bir ağırlıq hiss olunmur.
Galaxy S20FE Corning Gorilla Glass 3 şüşəsi ilə qorunan çox keyfiyyətli Super AMOLED ekran ilə təchiz edilmişdir. Barmaq izi skaneri ekrana quraşdırılmışdır. Diaqonal 6,5 düym təşkil edir, ekran FullHD+ imkanına və yüksək səviyyəli rəng göstərilməsinə malikdir. Yenilənmə tezliyi 120 Hz təşkil edir, bu cür tezlik interfeysin rahat işləməsinə, proqramların qəbul edilməsinə yaxşı təsir edir. AlwaysOn Display rejimi ekrana saat, kalendar, şəkilin çıxarılmasına imkan verir, və bununla belə erkan çox enerji sərf etmir.
Smartfon 4500 mAs həcmli Li-Po batareya ilə təchiz edilmişdir. 25 Vt sürətli enerji toplama dəstəklənir. Dəstə 15 Vt-lıq adapter daxildir, hansı ki, akkumulyatoru 1,5 saat ərzində doldurur.
Cihaz Wi-Fi 6 (802.11ax) və NFC modullarını dəstəkləyir. Həmçinin Samsung Pay, Google Pay ödəniş proqramları da mövcuddur. 5.0 versiyalı Bluetooth faylları bir dəfəyə bir neçə digər cihazlara ötürməkdə kömək olur. Brendə məxsus xüsusi funksiya olan QuickShare böyük faylları digər Samsung cihazlarına ötürür.
Samsung Galaxy S20FE modeli 128Gb quraşdırılmış yaddaşa malikdir, operativ yaddaşı isə 6Gb təşkil edir.
Model Exynos 990 çipseti üzərində əsaslanır, sayəsində bütün tədbiqlər yüksək sürətlə işləyir.
Üç kameradan ibarət olan əsas bloka daxildir:
Əsas kamera Dual Pixel PDAF fazalı avtofokus və optik sabitləşdiriciyə malikdir. Günorta vaxtı kamera yüksək detallı və düzgün rəng göstərilməsi olan keyfiyyətli şəkillər çəkir. Selfi-kamera parlaq detallar, kölgə və işığı aydın göstərir. Portret rejimində proqram obyekti aydın şəkildə təsvir edir, fonu yumşaq bir şəkildə bulandırır.
Samsung Galaxy S21 FE modelində ОС Android 11 sistemi və özünə məxsus One UI 3.1 örtüyündən istifadə edilir.
Samsung Galaxy S20FE 6GB/128GB Green (yaşıl) modelini Maxi.az saytında ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.