Galaxy A72 – Samsung brendinin A seriyasından olan ən uğurlu modellərdən biridir. Və ən əsas üstünlükləri arasında təkmilləşdirilmiş kamera və güclü akkumulyatoru vurğulamaq olar. Modeli tərtib edərkən, brend xüsusiyyətlər tarazlığına nail oldu və A seriyasını daha da yüksək səviyyəyə qaldırdı.
A72 6,7 düym diaqonallı, 2400 х 1080 piksel imkanlı AMOLED displey ilə təchiz edilmişdir. Yenilənmə tezliyi 90 Hz, maksimum parlaqlıq göstəricisi isə 800 kd/m2 təşkil edir. Ekran Gorilla Glass 3 şüşəsi ilə örtülmüşdür. Smartfonda mövcud olan AlwaysOn Display ekranda saat və ya şəkil, bildirişlər işarələrini yerləşdirmək və sürətlə əlavələrə keçid almaq imkanı verir.
Nazık çərçivəli AMOLED displey üzərində kamera üçün yarıq mövcuddur. Samsung A72 modelində istifadə olunan material “glastic” adlandırılır (glass və plastic). Mexaniki təsirlərə davamlı, karbon lifi ilə gücləndirilmiş polikarbonatdır. Arxa panelin qıraqları yuvarlaqdır. Bu cür forma cihazın erqonomikasını yaxşılaşdırır. Ümumiyyətlə demək olar ki, dizayn təmkinli və bahalı görünüşə malikdir. Kameralar blokunun çıxıntısı koprus ilə eyni rəngdədir və bu səbəbdən yüksək olduğu hiss olunmur, sayəsində telefon daha incə görsənir. Batareya böyük olduğundan smartfonun çəkisi 203 qr təşkil edir. Cihazın ölçüləri 165 x 77.4 x 8,4 mm təşkil edir. Model IP67 standartına uyğun nəmdən qorunmağa malikdir. Barmaq izi skaneri ekrana quraşdırılmışdır və hətta söndürülmüş vəziyyətdə də toxunuşlara reaksiya verir.
Galaxy A72 modelində hibrid sim kart slotları mövcuddur. İki nanoSİM və ya bir nanoSİM və bir microSD yerləşdirmək olar. Yaddaş kartının maksimum həcmi 1 TB təşkil edə bilər.
Smartfonda quraşdırılmış yaddaş 256 Gb, operativ yaddaş həcmi isə 8 Gb təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, yaddaş həcminin genişlənməsi üçün 1 TB qədər yaddaş kartından istifadə etmək mümkündür.
Galaxy A72 5000 mAs həcmli Li-Ion akkumulyatoru ilə təchiz edilmişdir. Telefon sürətli enerji toplamanı dəstəkləyir, dəstə 25 Vt şarj cihazı daxildir. Tam doldurulması üçün 90 dəqiqə tələb olunur, yarım saata 48 %, bir saata isə smartfon 80% qədər enerji toplayır.
Samsung Galaxy A72 8GB 256GB White (ağ) modelini Maxi.az saytında ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.