Sərhədsiz dünya üçün sərhədsiz ekran
Samsung A10 – Samsung brendinin büdcəli modellərindən biridir. Kənardan kənara qədər əhatə edən 6,2 düym çərçivəsiz ekrana malikdir. Sevimli kontenti HD+ sayəsində izləyin. İndi isə modelə daha ətraflı nəzər yetirək.
Galaxy A10 istifadəsində çox rahat olan 7,9 mm nazik korpusa malikdir. Parlaq şüşə-plastikdən istehsal edilmiş arxa panel smartfonun eleqant və minimalistik dizaynını tamamlayır.
Günün istənilən vaxtı keyfiyyətli fotolar alınır. 13Mp əsas və 5 Mp ön kamera sayəsində bu mümkün olacaq. Parlaq və xoş anlar düyməyə cəmi bir toxunuşla smartfonunuzda qalacaq. Galaxy A10 ilə fotoları selfimodji , filtrlər və ştamplar ilə bəzəyin və dostlarınızla paylaşın! Belə şəkillər söz işlətmədən çox şey danışar və sizin əhvalınızı göstərər!
3400 mAs həcmli akkumulyator smartfonu bütün gün ərzində enerji ilə təmin edir. Galaxy A10 ilə enerjinin tükənməsindən qorxmadan ünsiyyətdə olmaq və kontent izləməkdən həzz alacaqsınız.
Üz tanınması texnologiyası bircə baxışınız ilə smartfonun kilidini açmaq imkanı verir – sadəcə telefonu üzünüzə yaxınlaşdırmaq kifayətdir. Beləliklə, şəxsi məlumatlarınızı sizin icazəniz olmadan heç kimin görməməsindən əmin ola bilərsiniz.
Proqram təminatı və aparatın təchizatı tandemi sayəsində bütün məzmun və funksiyalar hər zaman əlinizin altında olacaq. Galaxy A10-u qaranlıq vaxtı istifadə etmək üçün gecə rejimini qoşmaq olar.
Prosesor 1,6 və 1,35 GHz tezliyinə malikdir, bu da büdcəli smarfon üçün kifayət qədər sürətlə işləməyə imkan verir.
Iki nano-SİM və microSD kartlar üçün ayrı slotlar mövcuddur. Slotlar birləşik olmadıqları üçün eyni zamanda 2 mobil operator və yaddaş kartından istifadə etmək mümkündür.
Ekran növü – TFT. Bu o deməkdir ki, daxilində TFT matris yerləşdirilib. Ekran Corning Gorilla Glass qoruyucu şüşə ilə örtülmüşdür. Bu səbəbdən telefonu zədələmək çox çətindir.
Galaxy A10 smartfonunda 32Gb quraşdırılmış yaddaş mövcuddur, bundan başqa 512Gb qədər microSD sayəsində yaddaş həcmini genişləndirə bilərsiniz.
Smartfonda akselerometr, mövcudluq və virtual işıqlandırma göstəriciləri var.
Samsung Galaxy A10 SM-A105 32Gb Black (qara) smartfonunu Maxi.az internet-mağazasında çox münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik və ya kredit yaxud taksit ilə ödəniş edin. Ödəniş və çatdırılmanın bir neçə yolu var, sizə ən uyğun olanı seçin. Sifariş ilə hər hansı bir çətinlik olarsa, satış məsləhətçimiz sizə köməklik göstərər. Bu modeli həmçinin Bakı və Sumqayıtda yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.