Galaxy A03s modeli 2021-ci ildə istehsal edilmişdir. Öz qiymət seqmentinə görə kifayət qədər yaxşı xüsusiyyətlərə malikdir və diqqətə layiqdir. Nəzərə çarpan ilk və ən əsas - displeydir, və həmçinin təkmilləşdirilmiş kameralara da nəzər yetirməyə dəyər.
Samsung A03s arxa paneli mat və qabarıq plastik korpusa malikdir. Cihaz əldə çox rahat şəkildə saxlanılır, sürüşmür və üzərində barmaq izləri qalmır.
Kameralar bloku arxa paneldə yerləşir, 3 modul və LED işıqdan ibarətdir.
Smartfonun çəkisi 200 qr, eni isə 9,1 mm təşkil edir.
А03 6,5 düym diaqonallı, HD+ imkanlı, 1600 x 720 piksel LCD-matris ilə təchiz edilmişdir. Ekran imkanları çox yüksək olmasa da görüntü aydın və detallıdır. Böyük və rəngli displey video, foto izlənilməsi və oyunlar zamanı xoş təəssüratlar bəxş edir.
Samsung Galaxy A03s modeli 8-nüvəli MediaTek Helio P35 prosesoru əsasında işləyir. Qrafikanı PowerVR GE8320 təmin edir. Daxili yaddaş həcmi 32Gb təşkil edir, ehtiyac olduqda yaddaş kartı köməkliyi ilə həcmi genişləndirmək mümkündür.
Telefonun əməliyyat sistemi Android 11-dir, interfeysi isə - One UI 3.1 Core. 3G, 4G LTE şəbəkələri və Wi-Fi modulu dəstəklənir, həmçinin quraşdırılmış Bluetooth 5.0 mövcuddur.
Barmaq izi skaneri smartfonun qoşulma düyməsinə quraşdırılmışdır. NFC modulu dəstəklənmir.
Kameralar bloku əsas kamera olaraq 13Mp və hər biri 2 Mp makro və dərinlik sensoru olan 2 kameradan ibarətdir. On qat zum və həmçinin LED flash ilə foto çəkmək mümkündür. Makrokamera köməkliyi ilə təbii boke effekti alınır, beləliklə obyektləri fon üzərində vurğulamaq olar.
Smartfon Galaxy A03s 5000 mAs həcmli Li-Po akkumulyator ilə təchiz olunmuşdur. Sürətli şarj dəstəklənmir. Ehtiyatlı şəkildə istifadə edildikdə 2 gün ərzində davamlı işləyəcəkdir.
Samsung Galaxy A03s 3GB 32GB Black (qara) modelini Maxi.az saytına daxil olaraq ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.