Smartfon Honor Bakida kredit ve taksitle satisi • Honor smarfonlar qiymetleri MAXI.AZ-da

Smartfonlar Bu kateqoriyada hal hazırda 2 məhsul var

Honor smartfonları

Honor brendi büdcəli və orta seqmentə aid keyfiyyətli və münasib smartfonları istehsal edir. Bu növ cihazlar funksionallığı və qiymətləri sayəsində çox populyardır. Bundan əlavə, smartfonlar gözəl dizayna malikdir.

Honor mobil telefonlarının seriyaları

Şirkət müştərilərin bütün mümkün ehtiyaclarını nəzərə almağa çalışaraq, istifadəçilərin əksəriyyətini əhatə etmək üçün məhsul çeşidini genişləndirdi. Beləliklə, Honor modellərinin ən aktual seriyaları:

  • Honor 9X modeli 6,5 düym ekran və 3 moduldan ibarət kamera bloku ilə təchiz edilmişdir. Smartfon Kirin 710 prosesoru ilə işləyir;
  • Honor 10i modeli 6,21 düym ekran, 32Mp ön kamera, NFC modulu ilə təchiz edilmişdir;
  • Displeyi 5,1 düym diaqonala malik Honor 8S modeli 3030 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Smartfon büdcəli seqmentdə ən populyar modellərdən biridir;
  • Honor View 20 All-View ekranı, 25Mp ön kamera və Kirin 980 prosesoru ilə təchiz edilmişdir;
  • Honor 10 modeli 5,84 düym çərçivəsiz ekrana malikdir, qurğusunda yenilikçi süni intellekt mövcduddur;
  • Honor Magic 2 6,39”AMOLED displey ilə təchiz edilmişdir, Kirin 980 prosesoru ilə işləyir, selfi kamerasının imkanı 16 Мп təşkil edir.

Artıq qeyd olunduğu kimi, hər seriya tanınan tərz və dizaynı ilə fərqlənir. Korpuslar metal və şüşədən istehsal olunur, bu materiallar sayəsində zövqlü və bahalı görünüşə malikdirlər. Həmçinin istifadəçilərin seçim etməsi üçün cihazlar müxtəlif rənglərdə mövcud olur.  

Huawei Honor smartfonlarını digərlərindən fərqləndirən bir neçə ümumi cəhəti var - 5-6 düym orta diaqonal, yaxşı erqonomika (əldə rahat şəkildə saxlanılır və istifadə edilir), 1280х720 – dən 2560х1440 pikselə qədər ekran imkanları. Əksər hallarda keyfiyyətli rəng ötürülməsinə malik olan IPS və ya AMOLED matrislərdən istifadə olunur.

Texniki təchizata gəldikdə, onu qeyd etmək olar ki, Honor üçün əksər hallarda istifadə edilən 4 və 8 nüvəli Qualcomm Snapdragon, MediaTek, HiSilicon Kirin prosesorlarıdır. Bu növ prosesorlar bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir, oyunlar və tətbiqlər ləngimir. Bəzi modellərdə məhsuldarlığı artıran süni intellektdən istifadə edilir.

Honor modellərinin üstün cəhətlərinə həmçinin kameraları da aid etmək olar. Əsas kameralar optik sabitləşməyə malik deyil, lakin işıqlandırma şəraitini təhlil edərək, müvafiq parametrləri seçir, nəticədə fotoşəkillər parlaq, aydın alınır.

Honor smartfonları həcmli və dolğun səs keyfiyyətinə malikdir.

Əsas seriyalar və seriyalara aid xüsusiyyətlər:

  • A seriyası – standart funksiyalar dəsti, münasib qiymət;
  • C seriyası – keyfiyyətli kameralar;
  • S seriyası – adi funksiyaları yerinə yetirmək üçün ucuz modellər;
  • V seriyası – yenilikçi texniki funksiyalardan istifadə olunan modellər;
  • X seriyası – burada münasib qiymət və əla keyfiyyətin uyğuluğu, yüksək məhsuldarlıq mövcuddur;
  • Play seriyası – oyun smartfonlarıdır.

Niyə məhz Honor-u seçməyə dəyər?

  1. Münasib qiymət;
  2. Geniş seçim: büdcəli modellərdən flaqman smartfonlara qədər;
  3. Gözəl dizayn;
  4. Uzun müddətli avtonom iş ilə təmin edən güclü və həcmli batareyalar;
  5. Funksionallıq: sadə funksiyalardan əlavə göy rəngin filtri, mesaj göstəriciləri, barmaq izi skaneri, üz tanınma funksiyası, və digər.

Bir neçə ən aktual modellərə nəzər yetirək.

Honor 8X

Bu model tez tez yol gedən, yolda video və ya film izləyən, və ya mütaliə edən istifadəçilər üçün çox rahat və uyğundur. Smartfon 6,5 düym böyük ekrana malikdir, imkanları 2340х1080 piksel təşkil edir. Ekran üzərində görüntü parlaq və aydındır, aptX HD dəstəklənir.

Onun məhsuldarlığı gündəlik orta vəzifələri yerinə yetirmək üçün kifayətdir. GPU Turbo rejimi qrafikanın işlənməsini sürətləndirir, enerjiyə qənaət edir.

Honor 10

Honor 10 kameralara və keyfiyyətli çəkilişlərə əsas diqqət yetirən istifadəçilər üçün uyğun olan modeldir. Burada 16/24 Mp ikili obyektiv mövcuddur, süni intellekti dəstəkləyir, demək olar ki, peşəkar çəkilişlər edir.  

Smartfon qeyri-adi dizayna malikdir – korpusunun arxa hissəsi qradient rənglidir, parlaq effekt verir.

Honor 10X Lite

Bu model büdcə seqmentinə aiddir. Korpusu parıltılı plastikdən istehsal edilmişdir, üzərində kamera üçün xüsusi kəsik mövcuddur. Ən böyük üstünlüyü 5000 mAs həcmli batareyasıdır. Güclü akkumulyatoru sayəsində smartfon aktiv rejimdə 14 saata qədər, orta istifadədə isə 2 günə qədər fasiləsiz işləyə bilər. 22.5 Vt sürətli enerji toplama dəstəklənir. 4 moduldan (48/8/2/2Mp) ibarət kamera bloku mövcuddur. İstənilən işıq şəraitində fotolar aydın və parlaq alınır.

2023-cü ilin ən yaxşı modeli - Honor 30 Pro Plus

Smartfon Honor 30 Pro Plus dəbli dizayn və yaxşı funksionallığa malikdir. Korpusu metaldan istehsal edilmişdir, yuvarlaq kənarlı çərçivəsiz ekran ilə təchiz olunmuşdur. Smartfon 90Hz yenilənmə tezliyinə malikdir. Kirin 990 5G prosesoru yüksək məhsuldarlıq ilə təmin edir. Honor 30 Pro Plus sürətlə işləyir, istənilən vəzifələri ləngimədən yerinə yetirir.

Maxi.az-da alış

Honor modellərinin qiymətini necə öyrənmək olar?

Honor smartfonlarını Maxi.az onlayn mağazasından seçib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Honor telefonlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.    

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml