2017-ci ilin modeli olduğuna baxmayaraq, iPhone 8 Plus — ən maraqlı və istənilən smartfonlardan biri sayılır.
iPhone 8 Plus iP67 standartına uyğun olaraq, simsiz enerji yığır, sudan və tozdan qorunur.Bu o deməkdir ki, smartfona tozun daxil olması mümkün deyil. Səyahət edərək, belə cihaz ilə yağış və sudan qorxmaya bilərsiniz. Onu hətta 1 metr dərinliyi olan suda 30 dəqiqəyə qədər saxlamaq mümkündür.
iPhone 8 Plus True Tone texnologiyalı, yuvarlaq qıraqlı qoruyucu şüşəli Retina HD 5,5 displeyi ilə təchiz edilmişdir.
Həmçinin cihaz 12Mp ikili kamera ilə təchiz edilmişdir. İkili kameralardan biri genişbucaqlı f / 1.8 diafraqmalı, digəri isə f / 2.8 telefoto diafraqmalıdır. Təkmilləşdirilmiş portret rejimi ilə keyfiyyətli və rəngarəng fotolar etmək olar. Kamera blokunda telefon korpusundan bir qədər kənara çıxan iki modul mövcuddur. Smartfon aperturası f/2.2 olan 7Mp-lli ön kameraya malikdir.
iPhone 8 + modelinin aşağı hissəsində quraşdırılmış barmaq izi skaneri düyməsi vardır. Skaner sürətlə işləyir, istifadəçi bir saniyədən az müddətdə smartfonunun kilidini açır. Telefonun ayarlarında 5 barmaq izinə qədər əlavə etmək mümkündür.
iPhone 8 Plus-da Apple - A11 Bionic prosessorundan istifadə edilir - ən güclü və ən ağıllı iPhone prosessoru.
Yaddaş həcminə gəldikdə isə, iPhone 8+ 3Gb operativ və 64Gb quraşdırılmış yaddaşa malikdir.
Sürətli prosessor və qrafika əlavələr və oyunlardan istifadəyə müsbət təsir göstərir. Beləliklə, telefonu oyunlar üçün istifadə edənlərə bu smartfon ideal olaraq uyğun gələcəkdir.
İndi isə akumulyator həcminə nəzər yetirək. iPhone 8 Plus modelinin akkumulyatoru 2675 mAs təşkil edir. Yüksək enerji effektivliyi olan prosesor daha uzun müddətli fəaliyyət göstərmək və enerji yükləmək barədə düşünməmək imkanı verir.
Beləliklə, smartfonun üstünlüklərini bir daha nəzərdən keçirək:
Maxi.az internet-mağazasında Apple iPhone 8 Plus 64Gb Gold (qızılı) rəngli smartfonu münasib qiymətlə əldə edə bilərsiniz. Birdəfəlik və ya kredit/taksit ödənişi ilə - sizə uyğun ən rahat ödənişi seçin. Sifarişi etməkdə çətinlik olarsa, mağaza məsləhətçisi sizə mütləq dəstək göstərəcəkdir. Bu modeli mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.