Qulaqlıqlar: MAXI.AZ internet mağazasından almaq

Qulaqlıqlar Bu kateqoriyada hal hazırda 44 məhsul var

Mikrofonlu qulaqlıqlar

Mikrofonlu qulaqlıqlar, başqa cür adlandırsaq – qarnitur, kompüter oyunları, video danışıqlar və həmçinin sadə qulaqlıqlar kimi istifadə etmək üçün çox rahat aksesuardır.

Qarniturlar arasında əsas 2 növ cihazları qeyd etmək olar:

  • Qulaqlıq-qarnitur;
  • Birtərəfli qarnitur.

Qulaqlıq-qarniturlarda dinamiklər və mikrofonlar mövcuddur. Bu növ aksesuarlar müxtəlif konstruksiya və qoşulma növlərinə malik ola bilər. Qulaqlıqların qurğusunda zəngləri qəbul edən, səs tənzimləyən və melodiyaları dəyişdirən düymələr mövcud olur. İdarəetmə adətən kabel üzərində, bəzən isə qulaqlıqlardan birinin üzərində yerləşə bilər.

İstifadə diapazonunu məhdudlaşdıran bir dinamikli birtərəfli qarniturlar mövcuddur. Əksər hallarda birtərəfli qulaqlıqları maşın sürərkən sürücülər telefonla diqqətlərini yayındırmamaq üçün istifadə edir.

Mikrofonlu qulaqlıqlar aşağıdakı növlərə bölünür:

  • qulaqdaxili;
  • kanaldaxili;
  • başüstü

Qulaqdaxili

Qulaqdaxili aksesuarlar qulaq daxilinə yerləşdirilir. Modellər damladan tabletə qədər müxtəlif formada ola bilər.

Kanaldaxili

Kanaldaxili qulaqlıqlar qulaq çuxurunu bağlayan silikon başlıqlarla təchiz olunur. Bu növ modellər bütün istifadəçilər üçün rahat olur, qulaqlardan düşmür. Yaxşı səs izolyasiyası və aydın səs keyfiyyətinə malikdir.

Başüstü cihazlar

Başüstü qulaqlıqlar başa taxılır, qulaqlar üzərində möhkəm oturur. Başüstü modellər yüksək keyfiyyətli səs, istifadəçiyə heç bir maneə törətməyən rahat oturuşa malikdir.

Qoşulma növünı əsasən mikrofonlu qulaqlıqlar simli və simsiz (naqilsiz) tiplərə bölünür. Simli aksesuarlar əksər cihazlara (smartfon və kompüterlər) qoşulmaq imkanını verən 3.5 mm giriş ilə təchiz olunur. Lightning ilə olan qulaqlıqlar Apple cihazlarına, USB Type-C ilə olan cihazlar müasir smartfon və planşetlərə və həmçinin MakBook-lara uyğundur.

Naqilsiz qulaqlıqlar ən rahat aksesuarlar növüdür. Bu modellər Bluetooth modulu ilə qoşulur.

Naqilsiz qulaqlıqlar 3 növə bölünür:

  • Bir dinamikli
  • İki dinamikli
  • true wireless

True wireless kabel ilə təchiz olunmur, yüksək səviyyəli səsə malikdir və istifadəsi çox rahatdır. Bu növ modellərin enerji toplamasına ehtiyacı olur.

Naqilsiz qulaqlıqlar enerji ilə doldurmaq lazım olur, avtonom iş müddəti isə modeldən asılıdır. Həmçinin onu da qeyd etmək vacibdir ki, naqilsiz qulaqlıqların əksəriyyəti aktiv səsboğucu keyfiyyətə malikdir, lakin bu funksiya daha çox enerji sərf edir.

Qulaqlıqların baş bandı müxtəlif ola bilər, seçim istifadəçinin tələblərindən asılıdır. Məsələn, idmançılar daha çox idmana uyğun, başda möhkəm oturuşa və nəmdən qorunma standartına malik modelləri seçir.

Mikrofonlar müxtəlif növlərə bölünür:

  • Kabel üzərində. Mikrofon kabel üzərində, səs tənzimlənmə düymələri ilə yanaşı yerləşir.
  • Sabit bərkitmə üzərində. Mikrofon plastik tutacağa bərkidilir.
  • Hərəkətli bərkitmə üzərində. Bu növ mikrofon tənzimlənə bilər, yerini üz nahiyəsinə yaxın və ya daha uzağa dəyişdirmək üçün.
  • Quraşdırılan mikrofon – heç görünmür.
  • Səsboğucu effektli. Bu mikrofonlar ən rahat və praktikdir.

Maxi.az-da alış

Maxi.az-dan aldığınız keyfiyyətli qulaqlıq-qarniturlar ilə musiqi dinləyin, oyun oynayın, sevimli filmlərdən həzz alın. Bunun üçün sadəcə saytımıza keçin, ən optimal qiymətə malik uyğun qulaqlıq seçin və asanlıqla sifariş edin. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Qulaqlıq-qarniturların istənilən modelini Maxi.az mağazalar şəbəkəsindən da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml