Qulaqlıqlar: MAXI.AZ internet mağazasından almaq

Aksesuarlar

Samsung qulaqlıqları

Samsung qulaqlıqlarının simli modelləri

Bir çox istifadəçilər hələ də simli modellərə üstünlük verirlər, çünki bu cihazlar şarj tələb etmir və yüksək səs keyfiyyətinə malikdir.

Ən populyar modellər:

Samsung AKG

Samsung AKG – qulaqüstü tam ölçülü aksesuardır, cəmi 190 qr çəkiyə malikdir, müxtəlif dizayn və parlaq rənglərdə istehsal edilir. Cihaz musiqi dinləmək üçün və qarnitur kimi uyğundur.

Samsung AKG 16 - 24 000 Hz diapazonlu səsə malikdir, bas, orta və yüksək səslər aydın eşidilir.

Samsung Level On

Bu model simli və simsiz şəkildə qoşula bilər. Cihaz Bluetooth modulunu dəstəkləyir, səsboğucu keyfiyyətə malikdir. Qulaqlıqlar keyfiyyətli səs yaradan 40 mm dinamik, mikrofon, 3.5mm giriş və micro-USB ilə təchiz edilmişdir.

Samsung Level On qatlanan dizaynda istehsal edilmişdir, istifadəçi üçün rahat şəkildə tənzimlənə və daha rahat oturuş təmin edə bilər. Qulaqlıqların ümumi çəkisi 234 qr təşkil edir. Cihaz uzunluğu 1,2 m olan kabel ilə təchiz edimişdir.

Samsung EO-IG955

Bu model mikrofon və səs tənzimləyicisi ilə təchiz edilmişdir. Səs 20 — 20 000 Hz tezliyində səslənir. Samsung EO-IG955 keyfiyyətli və dolğun səsə malikdir, musiqi dinləmək və həmçinin danışıqlar üçün uyğundur.

AKG Samsung Type-C

AKG Samsung Type-C uzun kabel və USB Type-C girişi ilə təchiz edilmişdir. Cihaz mini-Jack 3,5 mm girişi olmayan qadcetlər üçün də uyğundur.

Qulaqdaxili vakuumlu qulaqlıqlar AKG cüt dinamiklərlə təchiz edilmişdir, idarəetmə və mikrofon kabel üzərində yerləşdirilmişdir.

Samsung simli qulaqlıqların üstünlükləri:

  • Yüksək səviyyəli səs keyiyyəti;
  • AKG dinamikləri;
  • İstənilən növ giriş seçimi;
  • Bəzi modellər simli və simsiz qoşulmanı dəstəkləyir;
  • Parça örtüklü uzun kabel.

Naqilsiz Samsung qulaqlıqları

Galaxy Buds – Samsung naqilsiz qulaqlıqlar seriyasıdır. Seriyaya artıq bir neçə nəsil modellər daxildir. Naqilsiz qulaqlıqlar yüksək keyfiyyət və rahat erqonomikası sayəsində çox populyardır.

Samsung Galaxy Buds modelinin üstünlükləri:

  • 1. Yüksək səviyyəli konstruksiya;
  • 2. Həssas mikrofonlar;
  • 3. Keyfiyyətli səs;
  • 4. Müxtəlif OS olan cihazlara qoşulması mümkündür;
  • 5. AKG mühəndisləri ilə birgə hazırlanan qurğu;
  • 6. Yaxşı erqonomika;
  • 7. Uzun müddətli avtonom iş;
  • 8. Simli və simsiz üsul ilə enerji toplama imkanı.

Samsung Galaxy Buds Pro

Dizayn

Samsung Galaxy Buds Pro naqilsiz qulaqlıqlar 2021-ci ilin əvvəlində S21 seriyalı smartfonlar ilə eyni zamanda istehsal edilmişdir. Model rahat erqonomikaya malikdir, qulaqdaxili cihaz rahat şəkildə yerləşir, ölçüləri 20,5х19,5х20,8 mm təşkil edir. Galaxy Buds Pro IPX7 standartlı su və tozdan qorunmanı dəstəkləyir.

Səs və təchizatı

Galaxy Buds Pro modelində hər qulaqlıq dinamiklə təchiz edilmişdir. Aksesuar SBC, AAC və Samsung Scalable dəstəkləyir, həmçinin ekvalayzer vasitəsilə səsi tənzimləmək də mümkündür. Audio 360 texnologiyası dolğun və güclü səsi təmin edir, hərəkətlərin baş verdiyi yerdə olmaq hissi yaradır. Qulaqlıqlar oyun rejimi ilə də təchiz edilmişdir, həmçinin Microsoft Swift Pair dəstəkləyir.

Samsung Buds yaxşı səsboğucu sisitemə malikdir, bütün kənar səsləri xaric edir. Model səs təyin etmə texnologiyası ilə də təchiz olunmuşdur, onun köməkliyi ilə Galaxy Buds Pro qulaqlıqları rahat danışıq üçün səsboğucu rejimdən şəffaflıq rejiminə keçir.

İdarəetmə

Galaxy Wearable proqramı qulaqlıqları rahat idarə etməyə imkan verir. Burada qulaqdaxili modelin sensor panelindən istifadə etmək lazım gəlir.

Avtonom iş

Cihaz 61 mAs batareya ilə təchiz edilmişdir, bir dəfə enerji topladıqda 18 saata qədər işləyə bilər. Keys 472 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Keys USB Type C girişindən, dok-stansiyadan, və ya Wireless PowerShare olan smartfon vasitəsilə enerji toplaya bilər.

Samsung Galaxy Buds Live (bəzən Samsung Galaxy Buds X adlandırılır)

Samsung Galaxy Buds Live qulaqlıqların forması lobya dənələrinə bənzəyir. Bu model qara, bürünc və ağ rəngdə istehsal edilir. Galaxy Buds Live sensor idarəetmə paneli ilə təchiz olunub, burada Galaxy Wearable proqramı da dəstəklənir, və həmçinin ekvalayzer mövcuddur. Hər qulaqlıqda 3 mikrofon, dinamik və ventilyasiya dəliyi mövcuddur.

Avtonom iş

Samsung Galaxy Buds Live modeli 60 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Bir dəfəlik doldurulmada 21 saata qədər davamlı qalır. Keys 472 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Keys USB Type C girişindən, dok-stansiyadan, və ya Wireless PowerShare olan smartfon vasitəsilə enerji toplaya bilər.

Samsung Galaxy Buds Plus

Galaxy Buds Plus 4 rəngdə istehsal edilir: qara, ağ, qırmızı və mavi. Model kanaldaxılı oturuşa malikdir, dəstinə qulaqda rahat yerləşməsi üçün xüsusi detallar daxildir. Qulaqlıqlar sensor paneli köməkliyi ilə idarə olunur, həmçinin Galaxy Wearable dəstəklənir. Model hər qulaqlığında 3 mikrofon ilə təchiz edilmişdir, dinamiklər və səs şəffaflığı rejimi mövcuddur.

Avtonom iş

Qulaqlıqlar 85 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Bir dəfə enerji toplaması 22 saat müddətində davamlı işləməyinə imkan verir. Keys 270 mAs akkumulyator ilə təchiz edilmişdir. Keys USB Type C girişindən, dok-stansiyadan, və ya Wireless PowerShare olan smartfon vasitəsilə enerji toplaya bilər.

Samsung Galaxy Buds

Samsung Galaxy Buds – Samsung Buds seriyasından olan ilk modeldir. Model 4 rəngdə istehsal edilmişdir – qara, ağ, gümüşü və sarı. Samsung Galaxy Buds cihazının keysi uzunsov formaya malikdir, ölçüləri 26,5x70x38,8 mm, çəkisi isə 40 qram təşkil edir. Qulaqlıqlar sensor paneli və ya Galaxy Wearable tətbiqi vasitəsilə idarə edilir. Samsung Galaxy Buds modelində Samsung Scalable Codec, SBC və AAC dəstəklənir. Hər qulaqlıqda 2 mikrofon və 1 dinamik mövcuddur. Aktiv səsboğücü texnologiyası dəstəklənməsə də, qulaqlıqların oturuşu passiv səsboğücü effekti təmin edir.

Avtonom iş

Model 58 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Bir dəfə enerji topladıqda 13 saat davamlı qalır. Keys 252 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Samsung Buds naqilsiz qulaqlıqlar USB Type C girişindən, Qi dəstəkləyən dok-stansiyadan, və ya Wireless PowerShare olan smartfon vasitəsilə enerji toplaya bilər.

Maxi.az-da alış

İstədiyiniz Samsung qulaqlıqlarını Maxi.az onlayn mağazadan seçib asanlıqla və ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Logitech kompüter siçanlarının istənilən modelini Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml