Qulaqlıqlar: MAXI.AZ internet mağazasından almaq

Aksesuarlar

HyperX qulaqlıqları və qarniturları

HyperX şirkəti 2002-ci ildə yaranmışdır. İstehsal etdiyi ilk məhsul yaddaşlı məlumat saxlama cihazları idi. Daha sonra brend hər il yeni icadları istehsal edirdi: oyun qarniturları, məlumat daşıyıcıları və digər. Hazırki zamanda məhsullar çeşidi kifayət qədər genişdir:

  • Oyun kompüterləri üçün yaddaş
  • Hard disklər
  • USB daşıyıcılar
  • Oyun aksesuarları
  • Oyun cihazları.

HyperX qarniturları

Müasir HyperX qarniturlar seriyasına dörd model daxildir. Modellər istifadəçi auditoriyası, konstruksiya, istehsal materialları, səs keyfiyyəti və müxtəlif texnologiyaları ilə fərqlənir.

Hər seriyaya ayrıca nəzər yetirək:

HyperX Cloud Alpha

Bu aksesuarın əsas məqsədi - musiqi dinləmək üçün keyfiyyətli səsdir. Demək olar ki, HyperX Cloud Alpha modeli daha çox musiqi üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, qulaqlıqlar həmçinin oyunlar üçün də yararlıdır.

Bütün səslər 100% həcmində eşidilir və oyunçular istənilən oyunlardan tam səs keyfi ala bilirlər. Model dolğun səs yaradan iki kameralı rezonatorlar ilə təchiz edilmişdir. Burada həm aşağı bas, həm yüksək tezliklər heç bir təhrif olmadan təmiz səslənir.

Müvafiq olaraq, HyperX Cloud Alpha səs mənbə seçimində çox ehtiyatlıdır, bu halda ayrıca səs kartından istifadə ediləcək. Smartfona qoşulmasında qeyd etmək lazımdır ki, bu qarnitur üçün hər cihaz uyğun deyil. Bu model üçün hardware həlləri olan cihazlar uyğun gəlir. Bu o deməkdir ki, smartfonda keyfiyyətli RAÇ (rəqəmsal analoq çevirici) və səsgücləndirici mövcud olmalıdır.

Cloud Alpha gözəl dizayn və rahat erqonomikaya malikdir, qulaqlıq yastıqları klassik formadadır, “yaddaş effektli” köpükdən istehsal edilmişdir. Bu o deməkdir ki, qulaqlıqlar istifadəçinin baş şəklini alır və uzun müddət taxıldıqda narahatlıq yaratmır. Cihazın kabeli çıxarılır, lazım olmadıqda onu qulaqlıqdan ayırmaq mümkündür.

Bu modelin ən əsas missiyası oyun funksiyalarıdır:

  • Prosesor: Intel Core i5-8500
  • Operativ yaddaş: 16 Gb DDR4-2666 MHz
  • Məlumat daşıyıcısı: SSD Kingston UV400 240 Gb + HDD 2 Tb
  • Video kart: NVIDIA GeForce GTX 1060 6 Gb
  • Audiokart: Creative Sound Blaster Z

HyperX Cloud Stinger

HyperX Cloud Stinger modeli “tankistlər”, “fırtına qəhrəmanları”, “Dota”, PUBG kimi oyunları sevənlər üçün uyğundur. HyperX Cloud Stinger modelinin dizayn və erqonomikası o qədər rahatdır ki, bu cihazdan istifadə edərək bir neçə saat fasiləsiz oyun oynamaq heç yorucu deyil. Bu məqsədlə aksesuarın çəkisi çox yüngüldür - cəmi 275 qram təşkil edir.

Qarnitur daha bir faydalı funksiyaya malikdir – mikrofonu söndürmək üçün cihazı yuxarı qaldırmaq kifayətdir. Bu opsiya komanda oyunlarını oynadıqda zəruridir, məsələn Teamspeak və ya Discord ilə.

Model universaldır, istənilən cihaza qoşula bilər. Onun sistem tələbatları:

  • Prosesor: Core i5-8400
  • Operativ yaddaş: 16 Gb DDR4-2666 MHz
  • Məlumat daşıyıcısı: NVMe SSD Kingston A1000 240 Gb + HDD 1 Tb
  • Video kart: NVIDIA GeForce GTX 1060 3 Gb

HyperX Cloud Revolver S

HyperX-in bu modeli dolğun səsli, oyunda uduzmamaq üçün bütün detalların aydın şəkildə eşidilməsi lazım olan güclü, dinamik oyunlar üçün uyğundur. Bu məqsədlə HyperX Cloud Revolver S modelində 7.1 kanallı səs texnologiyası mövcuddur. Həmin texnologiya real effekt yaradır və oyunlar zamanı səsin mənbəyini müəyyən etməyə imkan verir.

HyperX Cloud Revolver S modelində baş bandı poladdan istehsal edilmişdir, qulaqlıqlar isə möhkəm iki oxlu şarnir üzərində yerləşdirilmişdir.

Modelin sistem tələbatları:

  • Prosesor: Intel Core i7-8700K
  • Ana plata: MSI Z370 GAMING M5
  • Operativ yaddaş: 32 Gb DDR4-2800 MHz
  • Məlumat daşıyıcısı: SSD Kingston KC1000 480 Gb + HDD 2 Tb
  • Video kart: NVIDIA GeForce GTX 1080 Ti 11 Gb

HyperX Cloud Silver

HyperX Cloud seriyasında olan yeni modeldir, geniş oyunçu kütlələri üçün nəzərdə tutulmuşdur. Qulaqlıqlar ciddi tərzli dizayna malikdir, praktik materiallardan istehsal edilmişdir. Münasib qiyməti sayəsində istifadəçilərin əksəriyyəti qarnituru əldə edə bilər.

HyperX Cloud Silver yüksək səviyyəli səsə malikdir. Cihaza quraşdırılımış mikrofon da yüksək keyfiyyətlidir.

Sistem tələbatları:

  • Prosesor: AMD Ryzen 5 1500X
  • Ana plata: MSI B350M PRO-VD PLUS
  • Operativ yaddaş: 16 Gb DDR4-2800 MHz
  • Video kart: NVIDIA GeForce GTX 1060 6 Gb
  • Məlumat daşıyıcıları: SSD Kingston UV400 240 Gb + HDD 1000 Gb
  • Korpus: AeroCool P7-C1 White

Maxi.az-da alış

Çox rahat və keyfiyyətli HyperX qulaqlıqlar və qarniturları Maxi.az internet mağazasından ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. HyperX cihazlarını həmçinin Maxi.az mağazalarından da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml