Müasir zamanda naqilsiz qulaqlıqlar təkcə smartfon üçün qarnitur sayılmır, həmçinin həyatımızın bir çox sahələrində çox rahat bir alətə çevrilmişdir. Apple qulaqlıqları rahat istifadə üçün lazım olan bütün xüsusiyyətlərə malikdir.
AirPods 3 modelinin ən əsas xüsusiyyətləri: MagSafe simsiz enerji toplamanın dəstəklənməsi, Dolby Atmos texnologiyası, adaptiv ekvalayzer, qulaqlıq ayağında mövcud olan sensor nahiyəsi.
AirPods 3 cihazının ölçü və forması digər modellərdən fərqlidir – ayağı 1 sm daha qısa, qulaqlığın özü isə daha enli olmuşdur. Keys daha uzun formaya malik, yığcam və erqonomikdir, keyfiyyətli və davamlı plastikdən istehsal edilmişdir.
Qabın ön hissəsində LED-işıqlanma, arxa hissəsində aksesuarın kompüter, smartfon və ya planşetə qoşulması üçün düymə mövcuddur. Lightning girişi cihazın aşağı orta hissəsində yerləşir. Keys MagSafe simsiz sürətli enerji toplamasını dəstəkləyir. Qulaqlıqları xarici şəraitdən qoruyan qara torla örtülmüş mikrofonlar ayaqların aşağı hissəsində yerləşir. Qulaqlıqlar IPX4 nəmdən qorunmaya malikdir.
Cihaz qulaqlarda möhkəm oturur və qəfil hərəkət etdikdə belə düşmür. Qeyd etmək olar ki, bu model öncəki versiyalardan daha rahatdır.
AirPods 3 cihazını smartfona qoşmaq üçün keysi açmaq lazımdır, həmin anda iPhone ekranı üzərində qulaqlıqların qoşulması barədə xəbərdarlıq görünür. Həmin xəbərdarlığı təsdiqləyən kimi aksesuarı artıq qulaqlara taxıb istifadə etmək olar. Keysi açandan sonra dərhal keysin özünün və qulaqlıqların enerji səviyyəsini görmək mümkündür.
Aktiv şəkildə istifadə etdikdə (məsələn, fasiləsiz musiqi dinlədikdə) AirPods 3 altı saat müddətində davamlı şəkildə işləyir.
AirPods 3 keyfiyyətli və dolğun səsə malikdir. Öncə qeyd olunduğu kimi, qulaqlıqlar Dolby Atmos həcmli səs texnologiyasını dəstəkləyir.
Maxi.az onlayn mağazasında “Telefonlar, planşetlər və qadcetlər” bölməsində Apple AirPods 3 naqilsiz qulaqlıqları ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.