Xiaomi Mi Smart Band 6 Black – bu gün ağıllı saatı əvəz edə bilən, ən keyfiyyətli smart-bilərziklərdən biri sayılır.
Saatın korpusu zərbəyə davamlı plastikdən istehsal edilmişdir. 5ATM / 50 metr sudan qorunmaya malikdir, beləliklə, saat ilə su hovuzunda da üzmək olar. Saatın kəmər ilə birlikdə çəkisi 25q təşkil edir.
MiBand 6 smart-bilərziyi oval formalı və nazik çərçivəli çox keyfiyyətli AMOLED ekrana malikdir. Displey: 326PPI imkanlı 1,56" AMOLED. Əvvəlki modellərlə müqayisədə, ekran səthinin sahəsi 50 % böyüdülmüşdür. Ekran Corning Gorilla Glass 3 şüşəsi + barmaq izlərinə qarşı oleofob örtüyü ilə qorunur.
Xiaomi MiBand 6 qan tərkibində oksigen səviyyəsini SpO2 ölçür, yuxuya və stressə nəzarət edir, aktivlik parametrləri yüksək dəqiqliyə malikdir.
Məşq rejimində göstərişlərlə nəfəs alma məşqləri mövcuddur. Xiaomi MiBand 6 modelində 6 növ aktivlik avtomatik olaraq tanınır. Həmçinin funksiyalara daxildir: nəbz ölçən, addım ölçən, kompas, xronoqraf, bildirişlər, musiqi səslənməsinin idarəetməsi, qan tərkibində oksigenin səviyyəsi, siferblat dizaynının dəyişilməsi, PAİ fərdi aktivlik metrikası, hava proqnozu göstəricisi, taymer, saniyə ölçən və alarm. İdman üçün 30 növ proqram mövcuddur. Əlavə məlumatlar “Məlumatlar” ayarlar menyusundadır.
Quraşdırılmış akkumulyator həcmi 125 mAs təşkil edir. Model qarışıq rejimdə 14 gün, qənaət rejimində isə 20 gün işləyir. Enerji toplama vaxtı iki saat təşkil edir. Yığma zamanı ekranda enerji səviyyəsini göstərən orijinal animasiya nümayiş edilir. Cihazı smartfonunuza qoşmazdan əvvəl enerji doldurma prosedurunu tamamlamağınız tövsiyə olunur.
Dəstə maqnitli bərkidilməsi olan USB enerji cihazı daxildir. Saat kəməri olaraq dəstdə firmaya məxsus qapaqlı sadə qara silikon bilərzik mövcuddur. Dekor zamanı müxtəlif rəngli əlavə kəmərlər seçmək mümkündür. Dəstə firmaya məxsus maqnit birləşməsi olan enerji cihazı daxildir. Kontaktlar yaylarvaridir və korroziyaya qarşı qoruyucu örtüyə malikdir.
Qutuda yerləşən yeni bilərzik söndürülmüş vəziyyətdə olur, cihaza qoşulmasını gözləyir. Mi Fit tədbiqini yükləyib quraşdırmaq, sonra yeni cihazı əlavə edib qoşulmasını gözləmək lazımdır. Bilərzikdə sinxronizasiyanı təsdiqləmək zəruridir. Qablaşdırmadan çıxardıqda dərhal proqram yenilənməsi tələb edilir. Bu səbəbdən cihazı hər zaman qoşulmuş vəziyyətdə saxlamaq tövsiyə edilir, çünki yenilənmə prosesini dayandırmaq arzuedilməzdir. Bildirişlərin, xatırlatmaların, funksiya kartlarının detallı ayarları da mövcuddur.
Qolbağın dilini dəyişmək imkanı var. Adətən smartfonda olan dil seçilir. Xülasə fəaliyyət dəyərləri əsas ekranda əks olunur. Bilərzik bütün məlumatları qoşulduğu zaman smartfondan əldə edir. Parlaq Amoled ekran açıq havada yaxşı görsənir. 2-3 hərəkət etdikdə idman məşqi rejimini aktiv emək olar. Cihaz həmçinin bəzi idman növlərini avtomatik olaraq tanıyır. Təlim treki cihazın özündə saxlanılır, statistik məlumatları birbaşa band ekranında görmək olar.
Maxi.az onlayn mağazada Xiaomi Mi Smart Band 6 ağıllı saatı ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş və çatdırılma üsullarından ən uyğun və rahat olanı seçin. Sifarişlə bağlı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi mütləq kömək edəcəkdir. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.